Təhsil 365 - Logo Mobile

bp yerli istedadlara beynəlxalq təhsil yolunda dəstək göstərib

13831.07.2026 - 08:50
bp yerli istedadlara beynəlxalq təhsil yolunda dəstək göstərib

BP “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycan üçün yüksəkixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədi daşıyan növbəti təhsilyönümlü sosial layihəni uğurla başa çatdırıb.

“Tehsil365” xəbər verir ki, təşəbbüs bp və tərəfdaşlarının dünya səviyyəli bilik və bacarıqların formalaşdırılmasına töhfə verməklə ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.

Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 30 istedadlı Azərbaycan gəncinə beynəlxalq universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən hərtərəfli dəstək göstərilib. Proqramın iştirakçıları öz akademik göstəriciləri, ingilis dili bilikləri və xaricdə ali təhsil almaq potensialları əsasında seçiliblər.

Proqram çərçivəsində tələbələrə 50-dən çox qrup və fərdi dərslərdən ibarət hazırlıq kursları təklif olunub. Bu kurslar onların IELTS, SAT, TOEFL, “Duolingo”, GRE və GMAT daxil olmaqla, dünyanın aparıcı universitetlərinə qəbul üçün tələb olunan imtahanlara hazırlaşmasına kömək edib. İştirakçılara, həmçinin universitet seçimi, qəbul üçün müraciət sənədlərinin hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması, eləcə də təqaüd imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhət və istiqamətləndirmə xidmətləri göstərilib.

Hazırda yekun nəticələr tam məlum olmasa da, layihə iştirakçılarının hamısı artıq ən azı bir xarici universitetdən qəbul təklifi alıb. Onlardan 15-i bakalavr, digər 15-i isə magistr pilləsi üzrə müraciət edib. Ümumilikdə isə, hələlik iştirakçılar dünyanın 17 ölkəsində yerləşən 52 universitetdən təxminən 120 qəbul təklifi alıblar. Bu universitetlər sırasında “University College London”, “National University of Singapore” və “University of California, Berkeley” kimi nüfuzlu beynəlxalq ali təhsil müəssisələri də var. Əldə olunan bu yüksək nəticələr həm tələbələrin akademik potensialının, həm də layihə çərçivəsində onlara göstərilən dəstəyin keyfiyyətinin göstəricisidir.

Bu gün layihənin uğurla başa çatmasını və iştirakçıların nailiyyətlərini qeyd etmək məqsədilə keçirilən tədbirdə tələbələrə proqramı uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub və onlar öz gələcək təhsil planları və hədəfləri barədə fikirlərini bölüşüblər.

“Dörd ildir qürurla dəstəklədiyimiz bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Burada əsas məqsəd istedadlı azərbaycanlı gənclər üçün onların gələcəklərini formalaşdıracaq və dünyagörüşlərini genişləndirəcək beynəlxalq təhsilə çıxış imkanları yaratmaqdır. İndiyədək əldə olunan nəticələr göstərir ki, uğurun yolu istedad, zəhmət və əzmkarlığın lazımi dəstək və imkanlarla birləşdirilməsindədir. Bu gün milli kadr potensialının inkişafına sərmayə qoymaqla, yeni nəsil mütəxəssislərin Azərbaycanın dayanıqlı gələcəyinə layiqli töhfə verməsi üçün onların zəruri bilik və bacarıqlara yiyələnməsinə, eyni zamanda, qlobal baxışlarını genişləndirməsinə dəstək veririk”,- deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Afin Mahmudov

Xəbər Lenti

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb31.07.2026 - 15:52
Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir - SİYAHI31.07.2026 - 15:46
Universitetlərin qəbul planı bu tarixdə AÇIQLANACAQ31.07.2026 - 15:42
150 balla tələbə adı qazanmaq mümkün olacaq - Məleykə Abbaszadə31.07.2026 - 15:37
DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir31.07.2026 - 15:31
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər31.07.2026 - 15:24
“İsti hava dalğaları və quraqlıq Azərbaycanın ekosistemini zəiflədir” - Ekoloq Cəmşid Bəxtiyar 31.07.2026 - 11:00
“Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinə yekun vurulub31.07.2026 - 10:55
Rus dili üzrə ən uğurlu məktəblər açıqlanıb31.07.2026 - 10:50
Ağdaş Uşaq Musiqi Məktəbi Habil Əliyevin adını daşıyacaq31.07.2026 - 10:45
“44” bədii filminin çəkilişləri yekunlaşıb31.07.2026 - 10:40
MDU ali təhsil sərgisində təmsil olunur31.07.2026 - 10:35
Professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib31.07.2026 - 10:30
BMU məzunu Böyük Britaniyada kibertəhlükəsizlik üzrə təhsilini davam etdirəcək31.07.2026 - 10:25
Naxçıvanın ən yüksək nəticə göstərən abituriyentləri açıqlanıb – SİYAHI31.07.2026 - 10:20
11-ci siniflər üzrə İngilis dili fənnində ən yüksək nəticə göstərən məktəblər – SİYAHI31.07.2026 - 10:15
Jurnalistika ixtisasını seçəcək abituriyentlərə vacib məlumat31.07.2026 - 10:10
Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı rəsmi açıqlama31.07.2026 - 10:05
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında xüsusi kino axşamı keçiriləcək31.07.2026 - 10:00
Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar31.07.2026 - 09:55
UNEC-də magistraturaya ayrılan plan yerlərinin 98,7 faizi dolub31.07.2026 - 09:50
Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3250-yə çatdırılıb31.07.2026 - 09:45
ADMİU 2026–2030-cu illər üzrə inkişaf strategiyasını təqdim edir: ali incəsənət təhsilində yeni mərhələ başlayır31.07.2026 - 09:40
AzTU-da elektron diplomların verilməsinə başlanılıb31.07.2026 - 09:35
Beşinci “YAŞAT” düşərgəsi başa çatıb-FOTOLAR31.07.2026 - 09:30
Vilayət Vəliyevin yerinə yeni rektor təyin olunub31.07.2026 - 09:25
9-cu sinif məzunları üçün: Ən aşağı keçid ballı kollec ixtisasları31.07.2026 - 09:20
Mədəniyyət təhsilində yeni istiqamət müəyyənləşdirilib31.07.2026 - 09:15
Günün havası: Bəzi ərazilərdə 38 dərəcə isti olacaq31.07.2026 - 09:10
Polşada məktəblərdə smartfon istifadəsi qadağan edilir31.07.2026 - 09:05
Avstraliyada yeniyetmələr üçün sosial şəbəkə qadağası gözlənilən nəticəni verməyib31.07.2026 - 09:00
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir31.07.2026 - 08:30
Azərbaycan Elm Fondu yeni dövrün elmi prioritetlərini açıqlayıb31.07.2026 - 08:18
Respublika fənn müsabiqəsi və olimpiadalarının qalibi Yaqub Baratlı Qarabağ Universitetini seçib31.07.2026 - 08:05
Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib-FOTOLAR31.07.2026 - 07:55
Sabah 39 dərəcə isti olacaq31.07.2026 - 07:50
Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri üç dəfə azaldan elmi nəticə əldə edib-FOTO31.07.2026 - 07:35
Azərbaycan universiteti sərgidə iştirak edir-FOTOLAR31.07.2026 - 07:25
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək31.07.2026 - 07:10
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib-FOTOLAR31.07.2026 - 07:00
Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb31.07.2026 - 06:50
AMEA prezidenti: Qəbələdə beynəlxalq arxeoloji ekspedisiyanın nəticələri ilə bağlı elmi məqalələr hazırlanmalıdır-FOTOLAR31.07.2026 - 06:45
"Psixoloqa müraciət etmək zəiflik deyil"- Psixoloq Sevinc Həbibova31.07.2026 - 06:26
Şamaxıda gənclər narkotiklərin fəsadları barədə məlumatlandırılıblar31.07.2026 - 05:49
Azərbaycan əlifbası və dövlət dil siyasəti31.07.2026 - 05:37
ADNSU-da abituriyentlər üçün “Açıq Qapı Günü” keçirilib31.07.2026 - 05:26
DİM-in sərgisində ATU guşəsi ali təhsil seçimi qarşısında olan gənclərin diqqət mərkəzindədir31.07.2026 - 05:15