Təhsil 365 - Logo Mobile

9-cu sinif məzunları üçün: Ən aşağı keçid ballı kollec ixtisasları

12331.07.2026 - 09:20
9-cu sinif məzunları üçün: Ən aşağı keçid ballı kollec ixtisasları

9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 3-də başlayır. 

Bu səbəbdən şagirdləri maraqlandıran əsas məqamlardan biri hansı kolleclərə və ixtisaslara daha aşağı ballarla qəbul olmağın mümkün olmasıdır.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində ən aşağı keçid ballı ixtisaslardan biri “Sosial iş” ixtisası olub və bu ixtisas üzrə keçid balı 164.8 bal olub (ödənişli əsaslarla qəbul üçün 135.0 bal). Digər aşağı keçid balı olan ixtisas isə “Vergi işi” olub və burada keçid balı 175.8 bal təşkil edib (ödənişli əsaslarla 148.9 bal).

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kolleci üzrə ən aşağı keçid balı “Kargüzarlıq və arxiv işi” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 147.3 bal olub (ödənişli əsaslarla 117.4 bal). Digər ixtisaslar üzrə isə “Kitabxana işi” 148.6 bal (ödənişli 112.6 bal), “Mühasibat uçotu” isə 175.2 bal (ödənişli 138.1 bal) olub.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kolleci üzrə ən aşağı keçid balı “Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 121.8 bal olub (ödənişli əsaslarla 105.7 bal). Digər ixtisaslar üzrə isə “İaşə müəssisələrinin servisi” 126.0 bal (ödənişli 105.6 bal), “Konservləşdirmə və qida konsentratları texnologiyası” 132.7 bal (ödənişli 115.7 bal), “Çörək və unlu qənnadı məmulatlarının texnologiyası” 136.9 bal (ödənişli 121.2 bal), “Ət və ət məhsullarının texnologiyası” 138.1 bal (ödənişli 109.7 bal) olub.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi Kollecdə ən aşağı keçid balı “Kargüzarlıq və arxiv işi” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 142.6 bal olub (ödənişli əsaslarla 104.5 bal). Digər ixtisaslar üzrə isə “Sosial iş” 164.4 bal (ödənişli 128.8 bal), “Vergi işi” isə 174.3 bal (ödənişli 137.2 bal) olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində ən aşağı keçid balı Qabiliyyət tələb edən – "Dekorativ tətbiqi sənət (zərgərlik)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 111.1 bal olub (ödənişli əsaslarla 78.5 bal). Digər ixtisaslar üzrə isə “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” 130.7 bal (ödənişli 105.8 bal), “Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” 131.0 bal (ödənişli 109.3 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 134.9 bal (ödənişli 111.4 bal), “Poliqrafiya istehsalatının texnologiyası” 135.8 bal (ödənişli 104.6 bal), “Kargüzarlıq və arxiv işi” 146.5 bal (ödənişli 120.1 bal), “İstehlak mallarının ekspertizası” 152.7 bal (ödənişli 118.0 bal) olub. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Dövlət Pedaqoji Kollecində ən aşağı keçid balı Qabiliyyət tələb edən “Dekorativ-tətbiqi sənət (bədii keramika, bədii şüşə)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 122.4 bal olub (ödənişli əsaslarla 78.3 bal). Qabiliyyət tələb edən digər ixtisaslar üzrə isə “Rəngkarlıq (dekorativ rəngkarlıq, teatr-dekor rəngkarlığı)” 123.2 bal (ödənişli 92.6 bal), “Fiziki tərbiyə müəllimliyi” 127.4 bal (ödənişli 97.8 bal) olub. Digər ixtisaslar üzrə isə “Mədəni kütləvi tədbirlərin təşkilatçısı” 135.4 bal (ödənişli 105.7 bal), “Ailə və ev təhsili” 136.0 bal (ödənişli 111.9 bal), “İnklüziv təhsil” 148.9 bal (ödənişli 108.3 bal) olub.

Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ən aşağı keçid balı “Vaqon və refrigerator təsərrüfatı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 130.9 bal olub (ödənişli əsaslarla 105.7 bal). Digər ixtisaslar üzrə isə “Ətraf mühitin mühafizəsi və bərpası” 135.0 bal (ödənişli 108.4 bal), “Radio, televiziya vasitə və qurğuları” 139.5 bal (ödənişli 109.4 bal), “Poçt rabitəsi” 147.2 bal (ödənişli 114.8 bal), “Telekommunikasiya şəbəkələri və xətləri” 150.4 bal (ödənişli 115.2 bal), “Mobil şəbəkə sistemləri və operatorluğu” 153.5 bal (ödənişli 120.1 bal), “Çoxkanallı telekommunikasiya sistemlərinin istismarı” 157.8 bal (ödənişli 110.9 bal) olub.

Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsili pilləsində ən aşağı keçid balı “Qabiliyyət tələb edən "Xoreoqrafiya sənəti (klassik, xalq)” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 30 bal olub. Digər qabiliyyət tələb edən ixtisas üzrə isə “İnstrumental ifaçılıq (fortepiano, qarmon, tar, nağara)” 75.2 bal olub (ödənişli əsaslarla 50.0 bal).

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində ən aşağı keçid balı qabiliyyət tələb edən “Teatr-dekor sənəti” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 144.7 bal olub (ödənişli əsaslarla 89.9 bal). Qabiliyyət tələb edən digər ixtisas isə “Dekorativ-tətbiqi sənət (sahələr üzrə)” 157.8 bal olub (ödənişli əsaslarla 108.5 bal).

Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecində ən aşağı keçid balı “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlığı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 117.4 bal olub (ödənişli əsaslarla 95.2 bal). Digər ixtisaslar üzrə isə “Qaldırıcı-nəqliyyat, tikinti maşın və avadanlıqlarının texniki istismarı” 124.7 bal (ödənişli 97.5 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 132.6 bal (ödənişli 106.4 bal), “Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” 141.8 bal (ödənişli 103.3 bal), “Energetika və elektroenergetika” 146.8 bal (ödənişli 111.2 bal), “Tibbi avadanlıqlarının quraşdırılması və istismarı” 148.1 bal (ödənişli 115.3 bal), “Nəqliyyat vasitələrinin texniki istismarı” 149.2 bal (ödənişli 108.8 bal), “Nəqliyyatda avtomatika, telemexanika (nəqliyyat növləri üzrə)” 148.0 bal (ödənişli 107.2 bal) olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində ən aşağı keçid balı “Məişət tullantılarının idarə olunması” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 115.5 bal olub (ödənişli əsaslarla 94.6 bal). Digər ixtisaslar üzrə isə “İşıq texnikası və işıq mənbələri” 124.6 bal (ödənişli 97.2 bal), “İstilik təchizatı və istilik texnikası avadanlıqları” 126.5 bal (ödənişli 95.4 bal), “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” 129.9 bal (ödənişli 98.4 bal), “Ətraf mühitin mühafizəsi və bərpası” 130.5 bal (ödənişli 100.6 bal), “Elektrik stansiyası və yarımstansiyası avadanlıqlarının quraşdırılması” 131.5 bal (ödənişli 102.2 bal), “Elektrik təchizatı (sahələr üzrə)” 138.1 bal (ödənişli 102.6 bal), “Neft-qaz qurğuları” 149.4 bal (ödənişli 108.0 bal) olub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən İnşaat Kollecində ən aşağı keçid balı “Sanitar texniki qurğularının quraşdırılması və istismarı” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 118.7 bal olub (ödənişli əsaslarla 93.8 bal). Digər ixtisaslar üzrə isə “İstilik təchizatı və istilik texnikası avadanlıqları” 124.7 bal (ödənişli 98.1 bal), “Su təsərrüfatı qurğularının istismarı” 125.6 bal (ödənişli 101.2 bal), “Hidromeliorasiya və torpaq mühafizəsi” 126.4 bal (ödənişli 100.8 bal), “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı” 126.9 bal (ödənişli 100.1 bal), “İnşaat məmulatlarının və konstruksiyalarının istehsalı” 126.7 bal (ödənişli 95.6 bal), “Bərpaçı” 128.8 bal (ödənişli 97.6 bal), “Qaz təsərrüfatı qurğularının istismarı” 130.1 bal (ödənişli 103.9 bal), “Geodeziya və kartoqrafiya” 141.4 bal (ödənişli 109.0 bal), “Avtomobil yollarının və aerodromların tikintisi və istismarı” 141.9 bal (ödənişli 103.7 bal), “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” 140.8 bal (ödənişli 115.1 bal) olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ən aşağı keçid balı “Kinooperator sənəti” ixtisasında olub və bu ixtisas üzrə keçid balı 128.7 bal olub (ödənişli əsaslarla 102.6 bal). Digər ixtisaslar üzrə isə “Mədəni kütləvi tədbirlərin təşkilatçısı” 137.4 bal (ödənişli 110.1 bal), “İnklüziv təhsil” 141.6 bal (ödənişli 110.5 bal), “Muzey işi və abidələrin qorunması” 145.6 bal (ödənişli 107.3 bal) olub.

Qabiliyyət tələb edən ixtisaslar üzrə isə ən aşağı keçid balı “Bədii yaradıcılıq işi” və “Populyar musiqi və caz ifaçılığı (vokal)” ixtisaslarında olub və hər iki ixtisas üzrə keçid balı 50.0 bal olub (ödənişli əsaslarla 50.0 bal olub). Digər ixtisaslar üzrə isə “Aşıq sənəti” 70.2 bal (ödənişli 50.0 bal), “İnstrumental ifaçılıq (fortepiano, tar, kamança, violin, nağara)” 74.7 bal (ödənişli 50.0 bal), “Aktyor sənəti” 84.0 bal (ödənişli 61.8 bal), “Vokal sənəti (xanəndəlik)” 107.4 bal (ödənişli 50.0 bal), “Dekorativ-tətbiqi sənət (bədii xalça)” 118.4 bal (ödənişli 89.3 bal) olub.

Amin Cavayev

Xəbər Lenti

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb31.07.2026 - 15:52
Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir - SİYAHI31.07.2026 - 15:46
Universitetlərin qəbul planı bu tarixdə AÇIQLANACAQ31.07.2026 - 15:42
150 balla tələbə adı qazanmaq mümkün olacaq - Məleykə Abbaszadə31.07.2026 - 15:37
DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir31.07.2026 - 15:31
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər31.07.2026 - 15:24
“İsti hava dalğaları və quraqlıq Azərbaycanın ekosistemini zəiflədir” - Ekoloq Cəmşid Bəxtiyar 31.07.2026 - 11:00
“Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinə yekun vurulub31.07.2026 - 10:55
Rus dili üzrə ən uğurlu məktəblər açıqlanıb31.07.2026 - 10:50
Ağdaş Uşaq Musiqi Məktəbi Habil Əliyevin adını daşıyacaq31.07.2026 - 10:45
“44” bədii filminin çəkilişləri yekunlaşıb31.07.2026 - 10:40
MDU ali təhsil sərgisində təmsil olunur31.07.2026 - 10:35
Professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib31.07.2026 - 10:30
BMU məzunu Böyük Britaniyada kibertəhlükəsizlik üzrə təhsilini davam etdirəcək31.07.2026 - 10:25
Naxçıvanın ən yüksək nəticə göstərən abituriyentləri açıqlanıb – SİYAHI31.07.2026 - 10:20
11-ci siniflər üzrə İngilis dili fənnində ən yüksək nəticə göstərən məktəblər – SİYAHI31.07.2026 - 10:15
Jurnalistika ixtisasını seçəcək abituriyentlərə vacib məlumat31.07.2026 - 10:10
Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı rəsmi açıqlama31.07.2026 - 10:05
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında xüsusi kino axşamı keçiriləcək31.07.2026 - 10:00
Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar31.07.2026 - 09:55
UNEC-də magistraturaya ayrılan plan yerlərinin 98,7 faizi dolub31.07.2026 - 09:50
Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3250-yə çatdırılıb31.07.2026 - 09:45
ADMİU 2026–2030-cu illər üzrə inkişaf strategiyasını təqdim edir: ali incəsənət təhsilində yeni mərhələ başlayır31.07.2026 - 09:40
AzTU-da elektron diplomların verilməsinə başlanılıb31.07.2026 - 09:35
Beşinci “YAŞAT” düşərgəsi başa çatıb-FOTOLAR31.07.2026 - 09:30
Vilayət Vəliyevin yerinə yeni rektor təyin olunub31.07.2026 - 09:25
Mədəniyyət təhsilində yeni istiqamət müəyyənləşdirilib31.07.2026 - 09:15
Günün havası: Bəzi ərazilərdə 38 dərəcə isti olacaq31.07.2026 - 09:10
Polşada məktəblərdə smartfon istifadəsi qadağan edilir31.07.2026 - 09:05
Avstraliyada yeniyetmələr üçün sosial şəbəkə qadağası gözlənilən nəticəni verməyib31.07.2026 - 09:00
bp yerli istedadlara beynəlxalq təhsil yolunda dəstək göstərib31.07.2026 - 08:50
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir31.07.2026 - 08:30
Azərbaycan Elm Fondu yeni dövrün elmi prioritetlərini açıqlayıb31.07.2026 - 08:18
Respublika fənn müsabiqəsi və olimpiadalarının qalibi Yaqub Baratlı Qarabağ Universitetini seçib31.07.2026 - 08:05
Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib-FOTOLAR31.07.2026 - 07:55
Sabah 39 dərəcə isti olacaq31.07.2026 - 07:50
Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri üç dəfə azaldan elmi nəticə əldə edib-FOTO31.07.2026 - 07:35
Azərbaycan universiteti sərgidə iştirak edir-FOTOLAR31.07.2026 - 07:25
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək31.07.2026 - 07:10
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib-FOTOLAR31.07.2026 - 07:00
Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb31.07.2026 - 06:50
AMEA prezidenti: Qəbələdə beynəlxalq arxeoloji ekspedisiyanın nəticələri ilə bağlı elmi məqalələr hazırlanmalıdır-FOTOLAR31.07.2026 - 06:45
"Psixoloqa müraciət etmək zəiflik deyil"- Psixoloq Sevinc Həbibova31.07.2026 - 06:26
Şamaxıda gənclər narkotiklərin fəsadları barədə məlumatlandırılıblar31.07.2026 - 05:49
Azərbaycan əlifbası və dövlət dil siyasəti31.07.2026 - 05:37
ADNSU-da abituriyentlər üçün “Açıq Qapı Günü” keçirilib31.07.2026 - 05:26
DİM-in sərgisində ATU guşəsi ali təhsil seçimi qarşısında olan gənclərin diqqət mərkəzindədir31.07.2026 - 05:15