Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Əli Xəlilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə magistr təhsili almaq hüququ qazanıb.
“Tehsil365” xəbər verir ki, BMU məzunu magistratura təhsilini Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Vorvik Universitetində “Kibertəhlükəsizlik” ixtisası üzrə davam etdirəcək.
Bununla yanaşı, Əli Xəlilov Böyük Britaniyanın digər qabaqcıl ali təhsil müəssisələrindən - Mançester Universiteti, Bristol Universiteti və Birminhem Universitetindən də qəbul alıb. O, həmçinin nüfuzlu Çin Dövlət
Təqaüdünün də qalibi olub.
Əli Xəlilov 613 balla BMU-nun “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub. O, bu il bakalavriat təhsilini 97,21 ümumi ortalama ilə başa vuraraq Fərqlənmə diplomuna layiq görülüb.

