Ali təhsil müəssisələri üzrə plan yerləri ilə bağlı məlumatlar gələn həftə elan olunacaq.
“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri qeyd edib ki, plan yerləri ilə bağlı son dəyişikliklər hazırda sistemə daxil edilir:
"Yekun məlumatlar gələn həftənin sonunda nəşr olunacaq növbəti "Abituriyent" jurnalında dərc ediləcək".

