Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin doktorantı Rəsul Yusibovun “Qazaxıstanın Süni İntellekt Sıçrayışı: Mərkəzi Asiyanın Ən Böyük İqtisadiyyatı Avrasiyanın Süni İntellekt Mərkəzinə Çevrilə Bilərmi?” (Kazakhstan's AI Leap: Can Central Asia's Largest Economy Become Eurasia's Artificial Intelligence Hub?) adlı analitik şərh məqaləsi Cənubi Koreya Respublikasının dövlət tərəfindən maliyyələşdirilən nüfuzlu beyin mərkəzi olan Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (Korea Institute for International Economic Policy – KIEP) tərəfindən idarə olunan EMERiCS beynəlxalq analitik platformasında həm ingilis, həm də koreya dillərində dərc olunub.
“Tehsil365” xəbər verir ki, məqalədə müəllif Qazaxıstanın son illərdə həyata keçirdiyi süni intellekt siyasətini iqtisadi modernləşmə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və regional rəqabət qabiliyyətinin artırılması kontekstində təhlil edir. Analitik şərhdə vurğulanır ki, enerji resursları ilə tanınan Qazaxıstan artıq iqtisadi inkişaf modelini bilik iqtisadiyyatı və yüksək texnologiyalar üzərində qurmağa çalışır. Bu məqsədlə ölkədə AI-SANA proqramı çərçivəsində 2029-cu ilədək bir milyon nəfərin süni intellekt bacarıqları üzrə hazırlanması, Astanada Süni İntellekt Universitetinin yaradılması, NVIDIA texnologiyası əsasında suveren AI infrastrukturunun qurulması, milli böyük dil modellərinin (KazLLM və AlemLLM) inkişafı, eləcə də Astana Hub innovasiya ekosisteminin genişləndirilməsi kimi strateji təşəbbüslər həyata keçirilir.
Müəllif eyni zamanda qeyd edir ki, uzunmüddətli uğur yalnız dövlət investisiyaları ilə deyil, elmi-tədqiqat potensialının gücləndirilməsi, yüksək ixtisaslı insan kapitalının hazırlanması və innovasiyaların kommersiyalaşdırılması ilə mümkün olacaq. Analitik məqalə Mərkəzi Asiyada süni intellekt siyasəti və rəqəmsal transformasiya sahəsində aparılan ən aktual proseslərə dair mühüm elmi qiymətləndirmə kimi diqqət cəlb edir.
Məqaləyə keçid üçün link:
year=&searchmonth=&search_tagkeyword=&systemcode=04&search_region=&search

