Belarus Respublikasının Milli Əqli Mülkiyyət Mərkəzi (NCIP) əqli mülkiyyət sahəsində 2025–2026-cı tədris ili üzrə gənclər arasında ən yaxşı elmi iş müsabiqəsini elan edir.
“Tehsil365” xəbər verir ki, Müsabiqənin məqsədi əqli mülkiyyət sahəsində elmi tədqiqatların təşviqi, müəllif hüquqları, sənaye mülkiyyəti, əqli mülkiyyətin qorunması, müdafiəsi və idarə olunması ilə bağlı aktual mövzular üzrə elmi fəaliyyətin dəstəklənməsidir.
Müsabiqədə yaşı 35-dən çox olmayan aşağıdakı şəxslər iştirak edə bilərlər:
bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr;
müsabiqənin keçirildiyi və ya ondan əvvəlki ildə məzun olmuş şəxslər;
elmi işçilər;
hüquqşünaslar, iqtisadçılar, patent xidmətlərinin əməkdaşları və əqli mülkiyyət sahəsində çalışan digər mütəxəssislər.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
Əqli mülkiyyət sahəsində ən yaxşı magistr dissertasiyası;
Əqli mülkiyyət sahəsində ən yaxşı diplom işi;
Əqli mülkiyyət sahəsində ən yaxşı kurs işi;
Əqli mülkiyyət sahəsində ən yaxşı elmi məqalə;
Əqli mülkiyyət sahəsində ən yaxşı esse;
Əqli mülkiyyət sahəsində fəaliyyət göstərən praktik mütəxəssisin ən yaxşı işi.
Müsabiqəyə sənəd qəbulu 15 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
Müsabiqənin şərtləri və işlərin tərtibat qaydaları ilə NCIP-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür:
https://www.ncip.by/uslugi-i-informaciya/obuchenie/konkurs-rabot/
Əlavə məlumat üçün:
Artur Axramenko – Beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili idarəsinin rəisi, tel.: +375 (17) 272 93 08, e-mail: ied@ncip.by
Natalya Maaluf – aparıcı mütəxəssis, tel.: +375 (17) 272 91 38, e-mail: icd@ncip.by

