UNEC-in Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Hədəf kurslarının Qara Qarayev filialında abituriyentlərlə görüşüblər.
“Tehsil365” xəbər verir ki, görüşdə abituriyentlərə universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, xüsusi təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Abituriyentlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

