Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi sabah, avqustun 2-də saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə “Təhsil365”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Vida mərasimindən sonra mərhum Xalq şairi Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.

