Təhsil 365 - Logo Mobile

"Azərbaycan dili milli kimliyimizin və dövlətçilik yaddaşımızın əsas dayağıdır"-Tərlan Ağayev

25201.08.2026 - 10:00
"Azərbaycan dili milli kimliyimizin və dövlətçilik yaddaşımızın əsas dayağıdır"-Tərlan Ağayev

“Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini və milli kimliyini gələcək nəsillərə daşıyan ən böyük sərvətdir”.

Bu fikirləri Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Tərlan Ağayev “Tehsil365”ə verdiyi açıqlamada bildirib.

Tərlan Ağayev bildirib ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli özünüdərk, maariflənmə və dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilmişdir. Həmin dövrdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkə miqyasında tam təmin edilmiş, avqustun 1-dən mətbuat, nəşriyyat və rəsmi yazışmalarda yeni əlifbanın ardıcıl tətbiqinə başlanmışdır. Buna görə də 1 Avqust yalnız əlifba dəyişikliyini deyil, müstəqil Azərbaycanın vahid dil və yazı məkanının formalaşmasını ifadə edir.

“Azərbaycan dili əsrlər boyu zəngin ədəbi və fəlsəfi irs yaratmışdır. İmadəddin Nəsimi ana dilimizin poetik-fəlsəfi imkanlarını genişləndirmiş, Məhəmməd Füzuli onu yüksək sənət və təfəkkür dilinə çevirmiş, Şah İsmayıl Xətai isə Azərbaycan türkcəsinin siyasi və ədəbi nüfuzunun artmasına mühüm töhfə vermişdir. Sonrakı dövrlərdə Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlər Azərbaycan dilini xalqın gündəlik danışıq üslubuna yaxınlaşdırmış, onu publisistikanın, teatrın, musiqinin və ictimai fikrin aparıcı ifadə vasitəsinə çevirmişlər.

Əlifba tariximiz isə mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə ərəb qrafikasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərini tam ifadə etmədiyini əsaslandıraraq əlifba islahatı ideyasını irəli sürmüşdü. O, yazının sadələşdirilməsini və savadlanmanın asanlaşdırılmasını milli tərəqqinin vacib şərti hesab edirdi. Məhəmməd ağa Şahtaxtlı, Firidun bəy Köçərli və Cəlil Məmmədquluzadə də bu istiqamətdə mühüm fəaliyyət göstərmiş, sadə və anlaşıqlı yazı sisteminin yaradılmasını maarifçiliyin əsas məsələlərindən biri kimi gündəmdə saxlamışlar”.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba məsələsi dövlət səviyyəsində müzakirə olunmuş, 1919-cu ildə xüsusi komissiya yaradılmışdı. Cümhuriyyətin süqutu bu təşəbbüsün tamamlanmasına imkan verməsə də, sonrakı islahatlar üçün ciddi zəmin formalaşdı. 1920-ci illərdə latın qrafikasına keçid sürətləndirildi və 1929-cu il yanvarın 1-dən bu əlifba Azərbaycanda geniş şəkildə tətbiq edildi. Lakin 1940-cı ildən etibarən kiril qrafikasına keçid baş verdi. Beləliklə, əlifba məsələsi yalnız yazı texnikası deyil, həm də siyasi və ideoloji proseslərin təsiri altında dəyişən milli məsələ olmuşdur.

“Azərbaycan dilinin dövlət dili statusunun qorunması da uzunmüddətli mübarizənin nəticəsidir. Sovet dövründə rus dilinin üstün mövqeyə malik olduğu şəraitdə Heydər Əliyevin siyasi iradəsi ilə 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. Həmin müddəa milli dilin təhsil, mədəniyyət və ictimai həyatda mövqeyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dil və əlifba siyasəti yeni mərhələyə qədəm qoydu. 1991-ci il dekabrın 25-də “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Qanun qəbul edildi və 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası rəsmiləşdirildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi. Bununla da ana dilimiz müstəqil dövlətin əsas hüquqi və mənəvi dayaqlarından biri kimi ən yüksək səviyyədə qoruma altına alındı.

Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dil siyasətində mühüm dönüş yaratdı. Dövlət idarələrində, təhsil müəssisələrində, mətbuatda, televiziya və radio məkanında Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı konkret vəzifələr müəyyənləşdirildi. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dilinin idarəçilikdə, elmdə, təhsildə, mediada və ictimai həyatın digər sahələrində tətbiqinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev tərəfindən bu siyasi xətt müasir dövrün tələblərinə uyğun davam etdirilmişdir. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan və dünya ədəbiyyatının mühüm nümunələrinin yenidən çap olunması, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, elektron lüğətlərin və dil resurslarının inkişaf etdirilməsi bu siyasətin mühüm istiqamətləridir. 2013-cü ildə təsdiqlənən Dövlət Proqramı, eləcə də sonrakı orfoqrafiya normaları Azərbaycan dilinin elmi, ictimai və rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsinə xidmət etmişdir.

Bu gün Azərbaycan dilinin qarşısında duran əsas çağırışlardan biri onun rəqəmsal dünyada imkanlarının genişləndirilməsidir. Dilimiz elm, texnologiya, proqramlaşdırma, hüquq və beynəlxalq münasibətlər sahəsində yeni anlayışları dəqiq ifadə edə bilməlidir. Bunun üçün terminologiya sistemi yenilənməli, elektron lüğətlər və dil korpusları inkişaf etdirilməli, avtomatik tərcümə və nitqin tanınması sistemlərində Azərbaycan dilinin imkanları artırılmalıdır.

Azərbaycan dili və əlifbası keçmişdən bizə qalan sadəcə mənəvi miras deyil. O, müasir dövlətçiliyimizin işlək vasitəsi, milli yaddaşımızın qoruyucusu və xalqımızın dünyada özünüifadə formasıdır. Buna görə 1 Avqust yalnız tarixi nailiyyətləri qeyd etmək günü kimi deyil, ana dilimizin bugünkü vəziyyəti və gələcək inkişafı haqqında ciddi düşünmək fürsəti kimi qiymətləndirilməlidir. Azərbaycan dilinə münasibət, əslində, milli kimliyimizə, mədəniyyətimizə və dövlət müstəqilliyimizə münasibətdir”.

Afin Mahmudov

Xəbər Lenti

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib01.08.2026 - 10:13
Gürcüstan universitetlərində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb01.08.2026 - 09:20
Britaniya universitetləri daha yüksək maaş artımı elan edib01.08.2026 - 08:50
“Heydər Əliyev məktəbi” layihəsi davam edir: Gənclərlə ikinci görüş-FOTOLAR01.08.2026 - 08:40
Faktiki hava açıqlanıb01.08.2026 - 08:30
Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək01.08.2026 - 08:30
Sabahın hava proqnozu açıqlanıb01.08.2026 - 08:25
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib01.08.2026 - 08:15
Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı01.08.2026 - 08:10
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr məlum olub01.08.2026 - 08:00
Xalq şairi Nəriman Həsənzadə vəfat edib01.08.2026 - 05:59
ADNSU əməkdaşı elmmetriya üzrə beynəlxalq sertifikat əldə edib01.08.2026 - 05:52
ADNSU-nun təmsil olunduğu “Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb01.08.2026 - 05:44
ATU-da magistratura üzrə qəbul genişləndirilib: ixtisaslaşmaların sayı 32-yə çatdırılıb01.08.2026 - 05:38
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ATU-nun sərgi stendini ziyarət edib01.08.2026 - 05:32
Odlar Yurdu Universiteti ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunub01.08.2026 - 05:24
ADU DİM-in ali təhsil müəssisələrinin sərgisində təmsil olunur01.08.2026 - 05:15
ADPU-ya ən yüksək balla qəbul ol, "Firudin bəy Köçərli adına təqaüd" al01.08.2026 - 05:09
Naxçıvan Dövlət Universitetinin ali təhsil müəssisələrinin sərgisindəki iştirakı uğurla yekunlaşıb01.08.2026 - 04:55
SDU-da süni intellektin tədris prosesinə tətbiqinə dair beynəlxalq onlayn görüş keçirilib 01.08.2026 - 04:46
BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş01.08.2026 - 04:34
MMF-nin kollektivi Hədəf kurslarının abituriyentləri ilə görüşüb01.08.2026 - 04:25
Gənclər üçün əqli mülkiyyət sahəsində beynəlxalq müsabiqə elan olunur01.08.2026 - 04:18
UNEC tədqiqatçısının analitik məqaləsi Cənubi Koreyanın beyin mərkəzi tərəfindən dərc olunub01.08.2026 - 04:09
İkili diplom və beynəlxalq mühəndislik təhsili: PKTU-BMU Mühəndislik fakültəsinə ilk tələbə qəbulu01.08.2026 - 04:03
Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb31.07.2026 - 16:04
“Ali təhsil müəssisələrinin sərgisi” başa çatıb31.07.2026 - 15:57
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA31.07.2026 - 15:54
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb31.07.2026 - 15:52
Bakı Qızlar Universitetinin tələbələri ən çox bu bölgələrdəndir - SİYAHI31.07.2026 - 15:46
Universitetlərin qəbul planı bu tarixdə AÇIQLANACAQ31.07.2026 - 15:42
150 balla tələbə adı qazanmaq mümkün olacaq - Məleykə Abbaszadə31.07.2026 - 15:37
DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir31.07.2026 - 15:31
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər31.07.2026 - 15:24
“İsti hava dalğaları və quraqlıq Azərbaycanın ekosistemini zəiflədir” - Ekoloq Cəmşid Bəxtiyar 31.07.2026 - 11:00
“Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinə yekun vurulub31.07.2026 - 10:55
Rus dili üzrə ən uğurlu məktəblər açıqlanıb31.07.2026 - 10:50
Ağdaş Uşaq Musiqi Məktəbi Habil Əliyevin adını daşıyacaq31.07.2026 - 10:45
“44” bədii filminin çəkilişləri yekunlaşıb31.07.2026 - 10:40
MDU ali təhsil sərgisində təmsil olunur31.07.2026 - 10:35
Professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimatı keçirilib31.07.2026 - 10:30
BMU məzunu Böyük Britaniyada kibertəhlükəsizlik üzrə təhsilini davam etdirəcək31.07.2026 - 10:25
Naxçıvanın ən yüksək nəticə göstərən abituriyentləri açıqlanıb – SİYAHI31.07.2026 - 10:20
11-ci siniflər üzrə İngilis dili fənnində ən yüksək nəticə göstərən məktəblər – SİYAHI31.07.2026 - 10:15
Jurnalistika ixtisasını seçəcək abituriyentlərə vacib məlumat31.07.2026 - 10:10
Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı rəsmi açıqlama31.07.2026 - 10:05
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında xüsusi kino axşamı keçiriləcək31.07.2026 - 10:00