Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fəallarının da yer aldığı komanda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində keçirilən “GİNius 48 saat” intellektual kvest yarışında Bakı Şəhər Gənclər və İdman İdarəsini təmsil edib.
“Tehsil365 “ AZƏRTAC-a istinadən xəbər verir ki,ölkənin 12 regionunu təmsil edən komandaların iştirak etdiyi yarış 48 saat fasiləsiz davam edib. Yarış müddətində iştirakçılar komanda işi, məntiq, yaradıcılıq, analitik düşüncə və çevik qərarvermə bacarıqlarını özündə birləşdirən müxtəlif intellektual və praktik tapşırıqları, kvest mərhələlərini, komanda yarışlarını və yaradıcı müsabiqələri yerinə yetiriblər.
Yarışın yekununda Bakı komandası nümayiş etdirdiyi yüksək nəticəyə görə I yerə layiq görülüb. Komanda, eyni zamanda, 1500 manat məbləğində pul mükafatı qazanıb.

