İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri ilə Azərbaycan dünyaya yeni şəhərsalma modeli təqdim edir. Belə miqyasda dağıdılmış ərazilərin yenidən qurulması, müasir standartlara uyğun şəhər və kəndlərin salınması dünya təcrübəsində nadir nümunələrdəndir.
“Tehsil365” xəbər verir ki, bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O bildirib ki, düşərgə çərçivəsində qazanılan təcrübə, qurulan dostluq əlaqələri və Azərbaycanın reallıqları ilə yaxından tanışlıq gənclərin gələcək fəaliyyətində mühüm rol oynayacaq.
M. Məmmədov diaspor gənclərinin yaşadıqları ölkələrdə Azərbaycanın həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə, həmçinin burada qazandıqları bilik və əlaqələrdən gələcək karyeralarında uğurla istifadə edəcəklərinə əminliyini bildirib.

