Dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır.
Bu sözləri “Tehsil365”ə açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev deyiblər.
“Çox təəssüf ki, Bakıda Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin heykəlləri yoxdur. Ümid edirik ki, bir gün onların heykəlləri də Bakımızda ucaldılacaq”, - deyə tarixçilər bildiriblər.

