Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda sonuncu oyununu keçirib.
“Tehsil365”-in məlumatına görə, yığma 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub.
Beləliklə, komanda Avropa çempionatını 22 komanda arasında 16-cı olaraq tamamlayıb

