Təhsil 365 - Logo Mobile

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moldova musiqisi və rəqsləri təqdim olunub

13303.08.2026 - 04:24
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moldova musiqisi və rəqsləri təqdim olunub

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində bu gün Moldova musiqisi və rəqslərindən ibarət konsert təşkil olunub.

“Tehsil365” Apa-ya istinadən xəbər verir ki, “Qafqaz Resort” Amfiteatrında Moldova Respublikasının tanınmış "Fluieraș" Xalq Mahnı və Rəqs Ansamblı və "Millenium" Etno-Estrada Qrupu möhtəşəm konsert proqramı ilə çıxış edib.

Baş baletmeyster Yuri Bivol, "Millenium" etno-estrada qrupunun bədii rəhbəri Vlad Qorqoşun rəhbərliyi altında kollektivlərin təqdim etdiyi proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert xalq motivləri əsasında hazırlanmış instrumental improvizasiya ilə başlayıb. Ardınca "Mənim moldovalı qızım" mahnısı, "Bahar Horası", "Kodrenyaska", "Kənd Horası" kimi Moldova xalq rəqsləri, xalq mahnıları, folklor popurriləri və "Millenium" ansamblının repertuarından seçilmiş nömrələr təqdim olunub. Gecənin yaddaqalan məqamlarından biri də Moldovanın ən məşhur ənənəvi dairəvi rəqsi olan "Hora"nın nümayişi və "Cine-a făcut Horele" mahnısından səsləndirilən fraqment olub.

Konsert boyu Moldova xalqının zəngin musiqi irsi, milli rəqslərinin rəngarəngliyi və folklor ənənələri peşəkar ifaçılıqla nümayiş etdirilib. Musiqi, rəqs və səhnə quruluşunun ahəngdar vəhdəti tamaşaçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, 1945-ci ildə Moldova Dövlət Filarmoniyası nəzdində yaradılan "Fluieraș" Xalq Mahnı və Rəqs Ansamblı bu gün ölkənin ən nüfuzlu folklor kollektivlərindən biri kimi tanınır. Ansambl uzun illərdir Moldova xalq musiqisi və xoreoqrafiya sənətini beynəlxalq arenada uğurla təbliğ edir.

1997-ci ildə əsası qoyulan "Millenium" Etno-Estrada Qrupu isə xalq musiqisini müasir estrada elementləri ilə sintez edən özünəməxsus yaradıcılıq üslubu ilə seçilir. Kollektiv indiyədək Rumıniya, Fransa, Türkiyə, Almaniya, Polşa, Kanada, Serbiya və digər ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurlu çıxışları ilə tanınıb.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsert proqramları davam edir. Festival dünya musiqi mədəniyyətinin zəngin nümunələrini Azərbaycan tamaşaçısına təqdim etməklə yanaşı, mədəniyyətlərarası dialoqun inkişafına da mühüm töhfə verir.

Nuray Babayeva

Xəbər Lenti

Magistraturaya qəbul olunanların elektron qeydiyyatı - qaydalar, ödəniş, təhsil haqqından azad olunanlar, tələbə kreditinə müraciət03.08.2026 - 05:56
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək03.08.2026 - 05:43
Kolleclərə ixtisas seçimi başlayıb03.08.2026 - 05:35
Tarixdə bu gün: Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurmuşdur.03.08.2026 - 05:27
Tarixdə bu gün: ABŞ-də Beynəlxalq Basketbol Assossiyasiyası yaradılmışdır.03.08.2026 - 05:07
Tarixdə bu gün: Yaponiyada vulkan püskürməsi 35 min insanın həyatına son qoydu.03.08.2026 - 04:56
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı03.08.2026 - 04:31
Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb03.08.2026 - 04:11
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub03.08.2026 - 04:02
Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub02.08.2026 - 17:25
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub02.08.2026 - 17:04
Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar02.08.2026 - 17:01
"44" bədii filminin treyleri yayımlanıb02.08.2026 - 15:47
Gürcüstanda ölkə qanunvericiliyini Azərbaycan dilində təqdim edən rəqəmsal platforma istifadəyə verilib02.08.2026 - 15:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub02.08.2026 - 15:19
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb02.08.2026 - 15:11
Bakıda bu dahilərin heykəlləri yoxdur02.08.2026 - 14:49
Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər02.08.2026 - 10:22
Xaricdə yaşayan azərbaycanlı gənclərə ÇAĞIRIŞ02.08.2026 - 10:16
Sabah Bakıda isti, regionlarda yağış olacaq02.08.2026 - 08:40
Qarabağda və Şərqi Zəngəzurda sahibkarlar üçün xüsusi maliyyə mexanizmləri formalaşdırılır02.08.2026 - 08:30
Məsim Məmmədov: Yay Düşərgəsinin iştirakçılarının Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə inanırıq02.08.2026 - 08:20
Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub02.08.2026 - 08:15
Zəngilanda Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı olub-FOTOLAR02.08.2026 - 08:10
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir02.08.2026 - 08:00
Qəbələ Festivlında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib02.08.2026 - 05:56
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir02.08.2026 - 05:32
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq02.08.2026 - 05:06
Media nümayəndələri peşəkar jurnalistikanın gələcəyi ilə bağlı Mingəçevirdə bir araya gəliblər02.08.2026 - 04:43
Pedaqoji Universitetin tələbələri “GİNius 48 saat” intellektual yarışında I yeri tutublar02.08.2026 - 04:36
Dünyanın ən gözəl sözü seçildi02.08.2026 - 04:24
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib02.08.2026 - 04:11
GAİM-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub02.08.2026 - 04:03
Pedaqoji Universitetin tələbələri “GİNius 48 saat” intellektual yarışında I yeri tutublar01.08.2026 - 16:35
Yaponiyada şagird çatışmazlığı: məktəblər birləşdirilir01.08.2026 - 15:50
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəlib 01.08.2026 - 15:23
Çexiya məktəbləri bu tarixdə mobil telefonları qadağan etməyə hazırlaşır01.08.2026 - 15:11
Nazirdən Azərbaycan Dili Günü ilə bağlı PAYLAŞIM01.08.2026 - 15:02
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib01.08.2026 - 10:13
"Azərbaycan dili milli kimliyimizin və dövlətçilik yaddaşımızın əsas dayağıdır"-Tərlan Ağayev 01.08.2026 - 10:00
Gürcüstan universitetlərində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb01.08.2026 - 09:20
Britaniya universitetləri daha yüksək maaş artımı elan edib01.08.2026 - 08:50
“Heydər Əliyev məktəbi” layihəsi davam edir: Gənclərlə ikinci görüş-FOTOLAR01.08.2026 - 08:40
Faktiki hava açıqlanıb01.08.2026 - 08:30
Xalq şairi Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn ediləcək01.08.2026 - 08:30
Sabahın hava proqnozu açıqlanıb01.08.2026 - 08:25
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib01.08.2026 - 08:15