Magistraturaya qəbul olunanların elektron qeydiyyatına müraciət
“Tehsil365” xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə ADPU-nun magistratura səviyyəsinə qəbul olunmuş şəxslər 03 avqust 15:00-dan 12 avqust 18:00-dək https://my.gov.az/ az portalı vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün bakalavrlar https://my.gov.az/ portalında şəxsi hesaba daxil olmalı, "Xidmətlər" bölməsindən "Sahələr", açılan pəncərədən "Təhsil" və "Ali və orta ixtisas müəssisələrinə təhsilalan qeydiyyatı" seçimlərini etməlidirlər. Açılan bölmədə şəxsi və qəbul məlumatlarını təsdiqləmək və tələb edilən sənədləri yükləmək zəruridir.
Portala yüklənməsi tələb edilən sənədlərlə postda tanış ola bilərsiniz.
Qeyd edilmiş müddətədək onlayn qeydiyyatı tamamlamayanlar ali təhsil müəssisəsinə qəbuldan imtina etmiş sayılırlar.
Ödəniş qaydası
Ödənişli əsaslarla qəbul olunanlar maraciətlərini tamamladıqdan sonra müraciətlərinə ali təhsil müəssisəsi tərəfindən baxılıb, kabinetlərində "Ödəniş et" yazısı görünənədək gözləməlidirlər.
"Ödəniş et" yazısı göründükdən sonra ödəniş aşağıdakı vasitələrlə ödənilə bilər:
•Birbaşa şəxsi kabinetdən bank kartı vasitəsilə
•Mobil bank tətbiqləri vasitəsilə "Ödənişlər" >Təhsil>Ali təhsil müəssisələri seçməklə
•Şəxsi kabinetdə göstərilən invoys kodu təqdim etməklə bank filiallarında
•FİN kodla ödənişi dəstəkləyən ödəniş terminalları vasitəsilə Təhsi>Ali təhsil müəssisələri>FİN kod seçməklə
Digər ödəniş vasitələri ilə edilən ödənişlər zamanı ödəniş qəbzinin şəklini portala yükləmək məcburiyyəti yarana bilər.
Təhsil haqqının ən azı yarısının ödənilməsi tələb edilir.
Ödəniş edildikdən sonra kabinetdə "Ödəniş edildi" yazısı görünməlidir. Əgər bu yazı görünmürsə, kabinetin "Ödəniş" bölməsindən "Digər" seçilməklə ödəniş qəbzinin şəkli sistemə daxil edilməlidir.
Təhsil Tələbə Kreditinə müraciət
Ödənişi Təhsil Tələbə Krediti vasitəsilə ödəmək istəyən şəxslər qeydiyyat zamanı müvafiq bəndi işarələməli və paralel olaraq https://www.e-ttkf.edu.az/ saytında DİGİTAL LOGİN və ya natariusdan alınmış ərizə nömrəsi ilə qeydiyyatdan keçərək müraciət ünvanlamalıdırlar. TTK barədə ətraflı məlumat üçün QR kodları oxudun.
Təhsil haqqından azad olunan tələbələr
Güzəşt kateqoriyasına aid edilən və təhsil haqqı dövlət tərəfindən ödənilən təhsilalanlar portal qeydiyyatı zamanı müvafiq bəndi işarələməli və bu statusu təsdiqləyən sənədləri portala yükləməlidirlər.
Güzəşt kateqoriyasına aid olmanın meyarları barədə postda ətraflı məlumat qeyd edilib.

