2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, yeni tədris ili üçün universitetin magistratura səviyyəsinə 40 ixtisas üzrə 232 ixtisaslaşmaya qəbul aparılıb.
Qeyd olunub ki, 2026/2027-ci tədris ilində BDU-nun magistraturasına ümumilikdə 1 355 nəfər qəbul olunub. Bu tələbələr yeni tədris ilindən etibarən universitetin magistratura proqramlarında təhsillərini davam etdirəcəklər.

