Təhsil 365 - Logo Mobile

BMU məzunu Helsinki Universitetinə qəbul olub

13803.08.2026 - 08:10
BMU məzunu Helsinki Universitetinə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Səma Məmmədova Finlandiyanın Helsinki Universitetinin doktorantura pilləsinə qəbul olub.

“Tehsil365” xəbər verir ki, o, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" nın qalibi olaraq doktorantura təhsilini dövlətin dəstəyi ilə davam etdirəcək.

Səma Məmmədovanın doktorantura tədqiqatı nüvə qəzası hallarında qida məhsulları, içməli su və digər təbii matrikslərdə radionuklidlərin sürətli və etibarlı şəkildə analizinə imkan verən metodların hazırlanmasına həsr olunub. Layihənin məqsədi fövqəladə nüvə hadisələri zamanı ətraf mühit və insanların sağlamlığı üçün risklərin operativ qiymətləndirilməsinə elmi töhfə verməkdir.

Gənc tədqiqatçı BMU-da kimya sahəsi üzrə təhsil alıb. Universitetə 634 balla qəbul olan məzun bakalavr təhsilini 97,51 ümumi orta müvəffəqiyyət göstəricisi ilə başa vuraraq ixtisas birincisi olub.

Bakalavr səviyyəsini tamamladıqdan sonra o, Helsinki Universitetində “Kimya və molekulyar elmlər” ixtisası üzrə Dövlət Proqramı çərçivəsində magistr təhsili alıb. Magistratura illərində Səma Məmmədova nüvə sahəsində təhsil alan qadın tədqiqatçılar üçün nəzərdə tutulan nüfuzlu Marie Skłodowska-Curie Fellowship proqramının qalibi olub. Bu təqaüd proqramı hər il dünyanın müxtəlif ölkələrindən təxminən 100-150 perspektivli qadın tədqiqatçıya yüksək akademik göstəriciləri və liderlik potensialına görə təqdim edilir. Təqaüd onun təhsilinə və elmi layihəsinə maliyyə dəstəyi göstərməklə yanaşı, beynəlxalq elmi şəbəkəyə qoşulmasına, nüvə sahəsinin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etməsinə və peşəkar əlaqələrini genişləndirməsinə imkan yaradıb.

Proqram çərçivəsində Səma Məmmədova Azərbaycana qayıdaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Nüvə Tədqiqatları Departamentində 8 aylıq peşəkar təcrübə keçib. Həmçinin bu proqram çərçivəsində Azərbaycanda rəsmi istehsalat təcrübəsi keçən ilk qadın təqaüdçü olub.

Ötən ilin sentyabr ayından etibarən BMU-nun Kimya mühəndisliyi kafedrasında müəllim kimi fəaliyyət göstərən Səma Məmmədova analitik kimya, instrumental analiz, kimya mühəndisliyinə giriş və materialşünaslıq fənlərini tədris edib. O bildirib ki, müəllimlik fəaliyyətinə böyük həvəslə başlayıb, akademik ili yüksək tələbə məmnuniyyəti göstəriciləri və səmərəli müəllim-tələbə münasibətləri ilə başa vurub. Səma Məmmədovanın sözlərinə görə, universitetdə qazandığı bu akademik təcrübə Helsinki Universitetində doktorantura təhsili və gələcək tədris fəaliyyətinə başlamazdan əvvəl onun üçün mühüm hazırlıq mərhələsi olub.

BMU məzununun əsas məqsədi beynəlxalq səviyyədə qazandığı bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək, radiasiya təhlükəsizliyi sahəsində elmi fəaliyyətə töhfə verməkdir.

Afin Mahmudov

Xəbər Lenti

BMU-da yeni ixtisas03.08.2026 - 12:47
MİQ üzrə vakansiya seçimi başlayır03.08.2026 - 12:07
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə - FOTOLAR03.08.2026 - 11:43
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi “mygov” üzərindən həyata keçiriləcək03.08.2026 - 11:03
Çirklənmiş torpaqların ekoloji vəziyyəti ilə bağlı tədqiqat aparılıb03.08.2026 - 10:25
BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramına tələbə qəbulu aparacaq03.08.2026 - 10:20
Doğru ixtisas seçimi ilə bağlı rektordan abituriyentlərə çağırış03.08.2026 - 10:15
Mil-Muğan bölgəsində 69 məktəb yenilənir03.08.2026 - 10:05
AzTV “Qara kabus” adlı yeni sənədli filmi təqdim edib03.08.2026 - 10:00
Astronomiya və astrofizikaya həsr olunan II Respublika Konfransı təşkil ediləcək03.08.2026 - 09:55
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb03.08.2026 - 09:50
Sosial media paylaşımı müəllimin işdən uzaqlaşdırılması ilə nəticələndi03.08.2026 - 09:45
Botanika İnstitutu ilə Qara Dəniz Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb03.08.2026 - 09:42
Türkiyədə 2500 illik heykəl aşkarlanıb-FOTOLAR03.08.2026 - 09:37
Süni intellektin inkişafı üçün milyonlarla kitab məhv edilib03.08.2026 - 09:35
İxtisas seçiminə buraxılmayacaq şəxslər müəyyənləşib – DİM03.08.2026 - 09:30
Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır03.08.2026 - 09:25
Böyük Britaniyada iki universitet birləşərək 50 mindən çox tələbəsi olan yeni təhsil qrupu yaradıb03.08.2026 - 09:22
Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı03.08.2026 - 09:20
"Şəhidin səsi" proqramının növbəti buraxılışı şəhid Məhəmməd Şəbiyevin əziz xatirəsinə həsr olunacaq - VİDEO03.08.2026 - 09:15
Əlilliyi olan bir qrup uşaq və gənc Qəbələnin tarixi məkanlarına ekskursiya edib03.08.2026 - 09:10
Müəllimlər üçün seçimlərə start verilir03.08.2026 - 09:05
Bağçalara qeydiyyat müvəqqəti dayandırılır03.08.2026 - 09:00
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI03.08.2026 - 08:55
Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd03.08.2026 - 08:50
Sabahın hava proqnozu açıqlanıb03.08.2026 - 08:45
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verilib03.08.2026 - 08:35
Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub-FOTOLAR03.08.2026 - 08:20
13 yaşlı məktəbli öz dilini yaradıb, xəyali ölkə qurdu03.08.2026 - 08:15
BDU-nun magistraturasına 1 355 nəfər qəbul olunub03.08.2026 - 08:00
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı 03.08.2026 - 05:56
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək03.08.2026 - 05:43
Kolleclərə ixtisas seçimi başlayıb03.08.2026 - 05:35
Tarixdə bu gün: Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurmuşdur.03.08.2026 - 05:27
Tarixdə bu gün: ABŞ-də Beynəlxalq Basketbol Assossiyasiyası yaradılmışdır.03.08.2026 - 05:07
Tarixdə bu gün: Yaponiyada vulkan püskürməsi 35 min insanın həyatına son qoydu.03.08.2026 - 04:56
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı03.08.2026 - 04:31
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moldova musiqisi və rəqsləri təqdim olunub03.08.2026 - 04:24
Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb03.08.2026 - 04:11
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub03.08.2026 - 04:02
Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub02.08.2026 - 17:25
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub02.08.2026 - 17:04
Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar02.08.2026 - 17:01
"44" bədii filminin treyleri yayımlanıb02.08.2026 - 15:47
Gürcüstanda ölkə qanunvericiliyini Azərbaycan dilində təqdim edən rəqəmsal platforma istifadəyə verilib02.08.2026 - 15:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub02.08.2026 - 15:19
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb02.08.2026 - 15:11