Təhsil 365 - Logo Mobile

Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd

15603.08.2026 - 08:50
Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd

Beynəlxalq Təhsil Mərkəzi və "Marsol Academy""nin tələbəsi Bahar Mustafazadə beynəlxalq ali təhsil sahəsində möhtəşəm uğura imza ataraq 13 fərqli ölkənin 32 universitetindən qəbul alıb. Bununla yanaşı, o, 9 universitetdən müxtəlif həcmli təqaüdlər qazanaraq yüksək akademik göstəricilərini bir daha təsdiqləyib.

“Tehsil365” xəbər verir ki, Bahar Mustafazadənin qəbul aldığı universitetlər sırasında dünyanın tanınmış ali təhsil müəssisələri yer alır. O, ABŞ-ın nüfuzlu University of Pennsylvania, University of North Carolina at Chapel Hill, Pennsylvania State University, University of Pittsburgh, University of Arizona, Michigan State University, Arizona State University və University of Oklahoma universitetlərindən qəbul alıb.

Bundan əlavə, Böyük Britaniyanın University of Manchester, Lancaster University, University of Exeter, University of Liverpool və University of Derby universitetləri də Baharın uğur siyahısında yer alır.

Avropanın aparıcı ali təhsil müəssisələri olan Aalto University (25% təqaüd), Erasmus University Rotterdam, Koç University (50% təqaüd), Sabancı University (75% təqaüd), Bilkent University (80% təqaüd), IE Business School, EM Normandie Business School və digər nüfuzlu universitetlərdən aldığı qəbul məktubları onun akademik potensialını beynəlxalq səviyyədə təsdiqləyir.

Bahar eyni zamanda Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADA Universitetindən də qəbul alaraq uğurlarına daha bir əhəmiyyətli nailiyyət əlavə edib.

Təqaüd qazandığı universitetlər arasında xüsusilə Arizona State University tərəfindən təqdim olunan 56.000 ABŞ dolları məbləğində təqaüd diqqət çəkir.

Ümumilikdə Bahar Mustafazadə:

13 ölkənin 32 universitetindən qəbul, 9 universitetdən təqaüd qazanaraq əlamətdar nəticə əldə edib.

Bu uğur bir daha göstərir ki, düzgün akademik planlama, peşəkar istiqamətləndirmə və məqsədyönlü hazırlıq beynəlxalq ali təhsil yolunda böyük nailiyyətlər əldə etməyə imkan yaradır. Baharın əldə etdiyi bu nəticə illər ərzində iştirak etdiyi layihə əsaslı təhsil proqramlarının, qazandığı praktik bilik və təcrübələrin, beynəlxalq layihə, olimpiada və yarışlarda nümayiş etdirdiyi uğurların, müxtəlif ölkələrdə əldə etdiyi nailiyyətlərin, eləcə də biznes yönümlü və hərtərəfli inkişaf proqramlarında formalaşdırdığı bilik, bacarıq və liderlik keyfiyyətlərinin məntiqi nəticəsidir.

Baharın inkişaf yolu bir daha sübut edir ki, nəzəri biliklə yanaşı, real layihələrdə iştirak etmək, beynəlxalq təcrübə qazanmaq, olimpiada və yarışlarda ölkəni uğurla təmsil etmək, sahibkarlıq, analitik düşüncə, liderlik, kommunikasiya və problem həll etmə bacarıqlarını inkişaf etdirmək gəncləri dünyanın aparıcı universitetlərinə aparan ən vacib amillərdəndir.

Beynəlxalq Təhsil Mərkəzi və Marsol Academy olaraq tələbəmiz Bahar Mustafazadəni bu möhtəşəm uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsil və karyera həyatında yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, bu uğur xaricdə təhsil arzusunda olan minlərlə gənc üçün ilham mənbəyi olacaq.

Afin Mahmudov

Xəbər Lenti

BMU-da yeni ixtisas03.08.2026 - 12:47
MİQ üzrə vakansiya seçimi başlayır03.08.2026 - 12:07
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə - FOTOLAR03.08.2026 - 11:43
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi “mygov” üzərindən həyata keçiriləcək03.08.2026 - 11:03
Çirklənmiş torpaqların ekoloji vəziyyəti ilə bağlı tədqiqat aparılıb03.08.2026 - 10:25
BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramına tələbə qəbulu aparacaq03.08.2026 - 10:20
Doğru ixtisas seçimi ilə bağlı rektordan abituriyentlərə çağırış03.08.2026 - 10:15
Mil-Muğan bölgəsində 69 məktəb yenilənir03.08.2026 - 10:05
AzTV “Qara kabus” adlı yeni sənədli filmi təqdim edib03.08.2026 - 10:00
Astronomiya və astrofizikaya həsr olunan II Respublika Konfransı təşkil ediləcək03.08.2026 - 09:55
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb03.08.2026 - 09:50
Sosial media paylaşımı müəllimin işdən uzaqlaşdırılması ilə nəticələndi03.08.2026 - 09:45
Botanika İnstitutu ilə Qara Dəniz Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb03.08.2026 - 09:42
Türkiyədə 2500 illik heykəl aşkarlanıb-FOTOLAR03.08.2026 - 09:37
Süni intellektin inkişafı üçün milyonlarla kitab məhv edilib03.08.2026 - 09:35
İxtisas seçiminə buraxılmayacaq şəxslər müəyyənləşib – DİM03.08.2026 - 09:30
Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır03.08.2026 - 09:25
Böyük Britaniyada iki universitet birləşərək 50 mindən çox tələbəsi olan yeni təhsil qrupu yaradıb03.08.2026 - 09:22
Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı03.08.2026 - 09:20
"Şəhidin səsi" proqramının növbəti buraxılışı şəhid Məhəmməd Şəbiyevin əziz xatirəsinə həsr olunacaq - VİDEO03.08.2026 - 09:15
Əlilliyi olan bir qrup uşaq və gənc Qəbələnin tarixi məkanlarına ekskursiya edib03.08.2026 - 09:10
Müəllimlər üçün seçimlərə start verilir03.08.2026 - 09:05
Bağçalara qeydiyyat müvəqqəti dayandırılır03.08.2026 - 09:00
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI03.08.2026 - 08:55
Sabahın hava proqnozu açıqlanıb03.08.2026 - 08:45
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verilib03.08.2026 - 08:35
Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub-FOTOLAR03.08.2026 - 08:20
13 yaşlı məktəbli öz dilini yaradıb, xəyali ölkə qurdu03.08.2026 - 08:15
BMU məzunu Helsinki Universitetinə qəbul olub03.08.2026 - 08:10
BDU-nun magistraturasına 1 355 nəfər qəbul olunub03.08.2026 - 08:00
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı 03.08.2026 - 05:56
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək03.08.2026 - 05:43
Kolleclərə ixtisas seçimi başlayıb03.08.2026 - 05:35
Tarixdə bu gün: Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurmuşdur.03.08.2026 - 05:27
Tarixdə bu gün: ABŞ-də Beynəlxalq Basketbol Assossiyasiyası yaradılmışdır.03.08.2026 - 05:07
Tarixdə bu gün: Yaponiyada vulkan püskürməsi 35 min insanın həyatına son qoydu.03.08.2026 - 04:56
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı03.08.2026 - 04:31
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moldova musiqisi və rəqsləri təqdim olunub03.08.2026 - 04:24
Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb03.08.2026 - 04:11
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub03.08.2026 - 04:02
Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub02.08.2026 - 17:25
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub02.08.2026 - 17:04
Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar02.08.2026 - 17:01
"44" bədii filminin treyleri yayımlanıb02.08.2026 - 15:47
Gürcüstanda ölkə qanunvericiliyini Azərbaycan dilində təqdim edən rəqəmsal platforma istifadəyə verilib02.08.2026 - 15:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub02.08.2026 - 15:19
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb02.08.2026 - 15:11