Təhsil 365 - Logo Mobile

Əlilliyi olan bir qrup uşaq və gənc Qəbələnin tarixi məkanlarına ekskursiya edib

603.08.2026 - 09:10
Əlilliyi olan bir qrup uşaq və gənc Qəbələnin tarixi məkanlarına ekskursiya edib

Əlilliyi olan bir qrup uşağın və gəncin valideynləri ilə birlikdə Qəbələ rayonuna ekskursiyası təşkil olunub. Qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan və Qəbələ Arxeoloji Mərkəzindən xoş təssüratlarla ayrılıblar.

“Tehsil365” xəbər verir ki, əlil uşaq və gənclər, eləcə də onları müşayət edən valideynləri əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonları ilə tanış olublar. Qoruğun ekskursiyaçıları tərəfindən qonaqlara ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi, maddi və mədəni irs nümunələri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində mütəmadi olaraq aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında elmi tədqiq və bərpa olunduqdan sonra sərgi salonlarında nümayiş etdirilir.

Ekskursiya zamanı valideynlər və uşaqlar qədim eksponatlarla böyük maraqla tanış olub, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında yeni biliklər əldə ediblər. Onlar qədim məişət əşyalarını, əmək alətlərini, saxsı qabları və digər qiymətli eksponatları maraqla izləyərək, bələdçilərin verdiyi məlumatları diqqətlə dinləyiblər. Bu tanışlıq uşaqların dünyagörüşünün genişlənməsinə, milli tariximizə və mədəni irsimizə maraqlarının daha da artmasına mühüm töhfə verib.

Daha sonra iştirakçılar Qəbələ Arxeoloji Mərkəzinin akt zalına dəvət olunublar. Qoruğun direktoru Zahir Kərimov mərkəzin yaranma tarixi, fəaliyyəti və əhəmiyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul–Bakı) Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılıb.

Daha sonra iştirakçılara "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" sənədli filmi nümayiş etdirilib.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə təşkil olunan bu səfər iştirakçılar üçün həm maarifləndirici, həm də yaddaqalan olub. Uşaqlar və valideynlər qədim tariximizlə yaxından tanış olmaqdan böyük məmnunluq duyduqlarını bildirib, səfərin onlarda unudulmaz təəssüratlar yaratdığını qeyd ediblər.

Afin Mahmudov

Xəbər Lenti

BMU-da yeni ixtisas03.08.2026 - 12:47
MİQ üzrə vakansiya seçimi başlayır03.08.2026 - 12:07
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə - FOTOLAR03.08.2026 - 11:43
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi “mygov” üzərindən həyata keçiriləcək03.08.2026 - 11:03
Çirklənmiş torpaqların ekoloji vəziyyəti ilə bağlı tədqiqat aparılıb03.08.2026 - 10:25
BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramına tələbə qəbulu aparacaq03.08.2026 - 10:20
Doğru ixtisas seçimi ilə bağlı rektordan abituriyentlərə çağırış03.08.2026 - 10:15
Mil-Muğan bölgəsində 69 məktəb yenilənir03.08.2026 - 10:05
AzTV “Qara kabus” adlı yeni sənədli filmi təqdim edib03.08.2026 - 10:00
Astronomiya və astrofizikaya həsr olunan II Respublika Konfransı təşkil ediləcək03.08.2026 - 09:55
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb03.08.2026 - 09:50
Sosial media paylaşımı müəllimin işdən uzaqlaşdırılması ilə nəticələndi03.08.2026 - 09:45
Botanika İnstitutu ilə Qara Dəniz Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb03.08.2026 - 09:42
Türkiyədə 2500 illik heykəl aşkarlanıb-FOTOLAR03.08.2026 - 09:37
Süni intellektin inkişafı üçün milyonlarla kitab məhv edilib03.08.2026 - 09:35
İxtisas seçiminə buraxılmayacaq şəxslər müəyyənləşib – DİM03.08.2026 - 09:30
Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır03.08.2026 - 09:25
Böyük Britaniyada iki universitet birləşərək 50 mindən çox tələbəsi olan yeni təhsil qrupu yaradıb03.08.2026 - 09:22
Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı03.08.2026 - 09:20
"Şəhidin səsi" proqramının növbəti buraxılışı şəhid Məhəmməd Şəbiyevin əziz xatirəsinə həsr olunacaq - VİDEO03.08.2026 - 09:15
Müəllimlər üçün seçimlərə start verilir03.08.2026 - 09:05
Bağçalara qeydiyyat müvəqqəti dayandırılır03.08.2026 - 09:00
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI03.08.2026 - 08:55
Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd03.08.2026 - 08:50
Sabahın hava proqnozu açıqlanıb03.08.2026 - 08:45
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verilib03.08.2026 - 08:35
Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub-FOTOLAR03.08.2026 - 08:20
13 yaşlı məktəbli öz dilini yaradıb, xəyali ölkə qurdu03.08.2026 - 08:15
BMU məzunu Helsinki Universitetinə qəbul olub03.08.2026 - 08:10
BDU-nun magistraturasına 1 355 nəfər qəbul olunub03.08.2026 - 08:00
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı 03.08.2026 - 05:56
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək03.08.2026 - 05:43
Kolleclərə ixtisas seçimi başlayıb03.08.2026 - 05:35
Tarixdə bu gün: Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurmuşdur.03.08.2026 - 05:27
Tarixdə bu gün: ABŞ-də Beynəlxalq Basketbol Assossiyasiyası yaradılmışdır.03.08.2026 - 05:07
Tarixdə bu gün: Yaponiyada vulkan püskürməsi 35 min insanın həyatına son qoydu.03.08.2026 - 04:56
Cənubi Koreyada 122 illik temperatur rekordu qırıldı03.08.2026 - 04:31
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moldova musiqisi və rəqsləri təqdim olunub03.08.2026 - 04:24
Dünya çempionatı: Gümüş medal qazanan İbrahim Həsənov mükafatlandırılıb03.08.2026 - 04:11
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub03.08.2026 - 04:02
Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı olub02.08.2026 - 17:25
Qardabanidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub02.08.2026 - 17:04
Azərbaycan güləşçiləri dünya çempionatını 7 medalla başa vurublar02.08.2026 - 17:01
"44" bədii filminin treyleri yayımlanıb02.08.2026 - 15:47
Gürcüstanda ölkə qanunvericiliyini Azərbaycan dilində təqdim edən rəqəmsal platforma istifadəyə verilib02.08.2026 - 15:29
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub02.08.2026 - 15:19
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb02.08.2026 - 15:11