Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu ilə Türkiyənin Qara Dəniz Texnik Universitetinin Molekulyar biologiya və genetika fakültəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə Botanika İnstitutundan bildirilib.
“Tehsil365” xəbər verir ki, memoranduma əsasən tərəflər birgə tədqiqatların aparılması, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, həmçinin birgə layihə və elmi tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Memorandumu Qara Dəniz Texniki Universitetinin rektoru professor Hamdullah Çuvalcı və Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva imzalayıblar.

