Bakı Mühəndislik Universiteti 2026-2027-ci tədris ilindən etibarən bakalavriat səviyyəsində “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə ilk dəfə tələbə qəbulu həyata keçirəcək.
“Tehsil365” xəbər verir ki, Bakı Mühəndislik Universiteti (BMU) tələbərə müasir texnologiyalarla təchiz edilmiş laboratoriya infrastrukturu və kompüter və kibertəhlükəsizlik laboratoriyaları real iş mühitinə uyğun praktiki təcrübə qazandırır. Tələbələr, həmçinin gələcəyin əsas texnologiyaları hesab olunan süni intellekt, maşın öyrənməsi, bulud hesablama platformaları (AWS, Microsoft Azure və Google Cloud), proqram sistemlərinin modelləşdirilməsi və müasir proqram inkişaf etdirmə alətləri üzrə bilik və bacarıqlara yiyələnəcəklər.
Nəticə etibarilə BMU-da ilk dəfə tədris olunacaq "Proqram təminatı mühəndisliyi" ixtisası ölkənin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq proqram təminatı sahəsində beynəlxalq rəqabətə davamlı, innovativ düşüncəyə malik və müasir texnologiyaları dərindən mənimsəmiş mühəndislərin hazırlanmasına mühüm töhfə verəcək
“Tehsil365” Bakı Mühəndislik Universitetinin bu uğurunu təbrik edir, onlara uğurlar arzulayır!

