Təhsil 365 - Logo Mobile

Təhsil tələbə kreditinə müraciət başladı

14303.08.2026 - 15:32
Təhsil tələbə kreditinə müraciət başladı

Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən açıq elan edib.

“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, (bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq), həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən e-ttkf.edu.az portalına daxil olaraq sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.

Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:

- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;

- Bakalavriat səviyyəsi - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;

- Magistratura səviyyəsi - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;

- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1200 bal;

- Texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3.
Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.

Diqqət: 2026-2027-ci tədris ili üzrə bakalavriat səviyyəsi və subbakalavra yeni qəbul olan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciətlərini təqdim edə biləcəklər.
Yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələrə təhsil həyatında uğurlar arzulayırıq.

Ləman Rəhimli

Xəbər Lenti

Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır03.08.2026 - 16:35
AzTU-da abituriyentlər üçün “Açıq qapı” günü03.08.2026 - 16:32
Bakının bu qəsəbəsində su olmayacaq03.08.2026 - 16:13
Vətəndaş müraciətlərinin statistikası03.08.2026 - 15:57
İlin son Günəş tutulması bu ay baş verəcək03.08.2026 - 15:52
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək03.08.2026 - 15:49
Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub03.08.2026 - 15:43
İyulda hava iqlim normasından yuxarı olub03.08.2026 - 15:40
Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb03.08.2026 - 15:38
Alimlər yeni planet aşkarladılar03.08.2026 - 15:35
Bakı Qızlar Universitetinin 1568 tələbəsinin taleyi bəlli oldu03.08.2026 - 15:25
Magistraturada rekord nəticə: Ən çox plan yeri ayıran UNEC 97 faizini doldurdu03.08.2026 - 15:22
Psixoloq: “Sosial şəbəkələr gənclərə nə zərər, nə də fayda verir – hər şeyi istifadə tərzi müəyyən edir”03.08.2026 - 14:30
"Uğur sizi sevindirir, amma uğursuzluq bütün dəyərinizi əlinizdən almır"- Psixoloq Aysu Həsənzadə03.08.2026 - 14:01
“Günvurmadan necə qorunmalı?” - Ekspertdən açıqlama03.08.2026 - 13:25
BMU-da yeni ixtisas03.08.2026 - 12:47
MİQ üzrə vakansiya seçimi başlayır03.08.2026 - 12:07
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə - FOTOLAR03.08.2026 - 11:43
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi “mygov” üzərindən həyata keçiriləcək03.08.2026 - 11:03
Çirklənmiş torpaqların ekoloji vəziyyəti ilə bağlı tədqiqat aparılıb03.08.2026 - 10:25
BDU və Yerusəlim İbrani Universiteti ikili diplom proqramına tələbə qəbulu aparacaq03.08.2026 - 10:20
Doğru ixtisas seçimi ilə bağlı rektordan abituriyentlərə çağırış03.08.2026 - 10:15
Mil-Muğan bölgəsində 69 məktəb yenilənir03.08.2026 - 10:05
AzTV “Qara kabus” adlı yeni sənədli filmi təqdim edib03.08.2026 - 10:00
Astronomiya və astrofizikaya həsr olunan II Respublika Konfransı təşkil ediləcək03.08.2026 - 09:55
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb03.08.2026 - 09:50
Sosial media paylaşımı müəllimin işdən uzaqlaşdırılması ilə nəticələndi03.08.2026 - 09:45
Botanika İnstitutu ilə Qara Dəniz Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb03.08.2026 - 09:42
Türkiyədə 2500 illik heykəl aşkarlanıb-FOTOLAR03.08.2026 - 09:37
Süni intellektin inkişafı üçün milyonlarla kitab məhv edilib03.08.2026 - 09:35
İxtisas seçiminə buraxılmayacaq şəxslər müəyyənləşib – DİM03.08.2026 - 09:30
Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır03.08.2026 - 09:25
Böyük Britaniyada iki universitet birləşərək 50 mindən çox tələbəsi olan yeni təhsil qrupu yaradıb03.08.2026 - 09:22
Rusiyanın Belqorod Dövlət Texnoloji Universiteti hücuma məruz qaldı03.08.2026 - 09:20
"Şəhidin səsi" proqramının növbəti buraxılışı şəhid Məhəmməd Şəbiyevin əziz xatirəsinə həsr olunacaq - VİDEO03.08.2026 - 09:15
Əlilliyi olan bir qrup uşaq və gənc Qəbələnin tarixi məkanlarına ekskursiya edib03.08.2026 - 09:10
Müəllimlər üçün seçimlərə start verilir03.08.2026 - 09:05
Bağçalara qeydiyyat müvəqqəti dayandırılır03.08.2026 - 09:00
Qabiliyyət tələb edən ixtisasların keçid BALLARI03.08.2026 - 08:55
Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd03.08.2026 - 08:50
Sabahın hava proqnozu açıqlanıb03.08.2026 - 08:45
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verilib03.08.2026 - 08:35
Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub-FOTOLAR03.08.2026 - 08:20
13 yaşlı məktəbli öz dilini yaradıb, xəyali ölkə qurdu03.08.2026 - 08:15
BMU məzunu Helsinki Universitetinə qəbul olub03.08.2026 - 08:10
BDU-nun magistraturasına 1 355 nəfər qəbul olunub03.08.2026 - 08:00
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı 03.08.2026 - 05:56