Təhsil 365 - Logo Mobile

Nüvə təhlükəsizliyi üzrə tədqiqat aparan BMU məzunu Helsinki Universitetinin doktoranturasına qəbul olub

14704.08.2026 - 04:09
Nüvə təhlükəsizliyi üzrə tədqiqat aparan BMU məzunu Helsinki Universitetinin doktoranturasına qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Səma Məmmədova Finlandiyanın Helsinki Universitetinin doktorantura pilləsinə qəbul olub. O, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" nın qalibi olaraq doktorantura təhsilini dövlətin dəstəyi ilə davam etdirəcək.

“Tehsil365” xəbər verir ki, Səma Məmmədovanın doktorantura tədqiqatı nüvə qəzası hallarında qida məhsulları, içməli su və digər təbii matrikslərdə radionuklidlərin sürətli və etibarlı şəkildə analizinə imkan verən metodların hazırlanmasına həsr olunub. Layihənin məqsədi fövqəladə nüvə hadisələri zamanı ətraf mühit və insanların sağlamlığı üçün risklərin operativ qiymətləndirilməsinə elmi töhfə verməkdir.

Gənc tədqiqatçı BMU-da kimya sahəsi üzrə təhsil alıb. Universitetə 634 balla qəbul olan məzun bakalavr təhsilini 97,51 ümumi orta müvəffəqiyyət göstəricisi ilə başa vuraraq ixtisas birincisi olub.

Bakalavr səviyyəsini tamamladıqdan sonra o, Helsinki Universitetində “Kimya və molekulyar elmlər” ixtisası üzrə Dövlət Proqramı çərçivəsində magistr təhsili alıb. Magistratura illərində Səma Məmmədova nüvə sahəsində təhsil alan qadın tədqiqatçılar üçün nəzərdə tutulan nüfuzlu Marie Skłodowska-Curie Fellowship proqramının qalibi olub. Bu təqaüd proqramı hər il dünyanın müxtəlif ölkələrindən təxminən 100-150 perspektivli qadın tədqiqatçıya yüksək akademik göstəriciləri və liderlik potensialına görə təqdim edilir. Təqaüd onun təhsilinə və elmi layihəsinə maliyyə dəstəyi göstərməklə yanaşı, beynəlxalq elmi şəbəkəyə qoşulmasına, nüvə sahəsinin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etməsinə və peşəkar əlaqələrini genişləndirməsinə imkan yaradıb.

Proqram çərçivəsində Səma Məmmədova Azərbaycana qayıdaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Nüvə Tədqiqatları Departamentində 8 aylıq peşəkar təcrübə keçib.  Həmçinin bu proqram çərçivəsində Azərbaycanda rəsmi istehsalat təcrübəsi keçən ilk qadın təqaüdçü olub.

Ötən ilin sentyabr ayından etibarən BMU-nun Kimya mühəndisliyi kafedrasında müəllim kimi fəaliyyət göstərən Səma Məmmədova analitik kimya, instrumental analiz, kimya mühəndisliyinə giriş və materialşünaslıq fənlərini tədris edib. O bildirib ki, müəllimlik fəaliyyətinə böyük həvəslə başlayıb, akademik ili yüksək tələbə məmnuniyyəti göstəriciləri və səmərəli müəllim-tələbə münasibətləri ilə başa vurub. Səma Məmmədovanın sözlərinə görə, universitetdə qazandığı bu akademik təcrübə Helsinki Universitetində doktorantura təhsili və gələcək tədris fəaliyyətinə başlamazdan əvvəl onun üçün mühüm hazırlıq mərhələsi olub.

BMU məzununun əsas məqsədi beynəlxalq səviyyədə qazandığı bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək, radiasiya təhlükəsizliyi sahəsində elmi fəaliyyətə töhfə verməkdir.

Nuray Babayeva

Xəbər Lenti

20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50