Təhsil 365 - Logo Mobile

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

14304.08.2026 - 04:39
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 114 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 30 elmi-tədqiqat laboratoriyası, 11 araşdırmalar mərkəzi, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 3 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

“Tehsil365” xəbər verir ki, Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” Dil Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı” və Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy” layihəsi çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Pekin Kimya Texnologiyası Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, UBIS Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2026/2027-ci tədris ili üzrə “Regionşünaslıq (Afrika üzrə)” ixtisası açılıb. İxtisas Tarix fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

 Geologiya fakültəsi

  • 6005006 – Geologiya

  • 6006010 - Geologiya və geofizika mühəndisliyi

  • 6006033 - Mədən mühəndisliyi

  • 6006030 - Meliorasiya mühəndisliyi

 Coğrafiya fakültəsi

  • 6005003 – Coğrafiya

  • 6001003 - Coğrafiya müəllimliyi

  • 6006011 - Geomatika və geodeziya mühəndisliyi

  • 6005007 – Hidrometeorologiya

  • 6008008 - Turizm işinin təşkili

 Ekologiya və torpaqşünaslıq fakültəsi

  • 6005004 – Ekologiya

  • 6007008 - Torpaqşünaslıq və aqrokimya

  • 6007009 - Yerquruluşu və daşınmaz əmlakın kadastrı

  • 6006007 - Ekologiya mühəndisliyi

 Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

  • 6005009 - Kompüter elmləri

  • 6001010 - İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi

  • 6006017 - İnformasiya təhlükəsizliyi

 Mexanika-riyaziyyat fakültəsi

  • 6005011 – Riyaziyyat

  • 6001015 - Riyaziyyat müəllimliyi

  • 6005010 - Mexanika

 Fizika fakültəsi

  • 6005005 – Fizika

  • 6001005 - Fizika müəllimliyi

  • 6006034 - Mühəndis fizikası

 Kimya fakültəsi

  • 6005008 – Kimya

  • 6006020 - Kimya mühəndisliyi

  • 6001011 - Kimya müəllimliyi

 Biologiya fakültəsi

  • 6005001 – Biologiya

  • 6001002 - Biologiya müəllimliyi

  • 6005013 - Su bioehtiyatları və akvakultura

  • 6005002 – Biotexnologiya

  • 6007005 - Bitki mühafizəsi

  • 6006023 - Qida mühəndisliyi

 Hüquq fakültəsi

  • 6002007 - Hüquqşünaslıq

 Jurnalistika fakültəsi

  • 6002009 - Jurnalistika

 Filologiya fakültəsi

  • 6001001 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

  • 6001004 - Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)

  • 6002006 - Filologiya (alman dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (fransız dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (ingilis dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (rus dili və ədəbiyyatı)

 Sosial elmlər və psixologiya fakültəsi

  • 6002013 – Psixologiya

  • 6002015 – Sosiologiya

  • 6008006 - Sosial iş

  • 6002005 - Fəlsəfə

  • 6001021 - Təhsildə sosial-psixoloji xidmət

  • 6001008 - Xüsusi pedaqogika

 Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

  • 6002001 - Beynəlxalq münasibətlər

  • 6002004 - Dövlət və ictimai münasibətlər

  • 6002012 – Politologiya

  • 6004004 – İqtisadiyyat

  • 6004001 - Beynəlxalq ticarət və logistika

  • 6004005 - Maliyyə

  • 6004002 - Biznesin idarə edilməsi

  • 6004007 – Menecment

  • 6005012 - Statistika

 Tarix fakültəsi

  • 6002016 – Tarix

  • 6001018 - Tarix müəllimliyi

  • 6002014 - Regionşünaslıq (Qafqaz ölkələri üzrə)

  • 6002014 - Regionşünaslıq (Amerika üzrə)

  • 6002014 - Regionşünaslıq (Afrika üzrə)

 İnformasiya və sənəd menecmenti fakültəsi

  • 6002010 - Kitabxanaçılıq və informasiya fəaliyyəti

  • 6003012 - Muzey, arxiv işi və abidələrin qorunması

 Şərqşünaslıq fakültəsi

  • 6002006 - Filologiya (ərəb dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (fars dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (türk dili və ədəbiyyatı)

  • 6002006 - Filologiya (Çin dili və ədəbiyyatı)

  • 6002014 - Regionşünaslıq (Çin üzrə)

  • 6002014 - Regionşünaslıq (ərəb ölkələri üzrə)

  • 6002014 - Regionşünaslıq (İran üzrə)

  • 6002014 - Regionşünaslıq (İsrail üzrə)

  • 6002014 - Regionşünaslıq (Koreya üzrə)

  • 6002014 - Regionşünaslıq (Pakistan üzrə)

  • 6002014 - Regionşünaslıq (Türkiyə üzrə)

  • 6002014 - Regionşünaslıq (Yaponiya üzrə)

  • 6002017 - Tərcümə (ərəb dili üzrə)

  • 6002017 - Tərcümə (fars dili üzrə)

Nuray Babayeva

Xəbər Lenti

Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçə bilmədi? – ADU yayılan iddialara münasibət bildirdi04.08.2026 - 09:32
BMU məzunu Kembric Universitetinə qəbul olunub04.08.2026 - 09:30
“Yüksəliş” müsabiqəsinin qalibi Yel Universitetinə qəbul olunub04.08.2026 - 09:25
Dövlət Proqramı məzunu: Xaricdə təhsil təkcə diplom almaq deyil, ölkəni layiqincə təmsil etməkdir04.08.2026 - 09:22
Oksforda qəbul alan azərbaycanlıdan abituriyentlərə tövsiyə04.08.2026 - 09:20
Həsən Həsənli: Dövlət Proqramı ilə 155 nəfər TOP-10 universitetlərə qəbul olunub04.08.2026 - 09:15
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı-FOTOLAR04.08.2026 - 09:12
Müəllimlərin işə qəbulu: 5000-dən çox namizəd müsahibəyə dəvət olunub04.08.2026 - 09:10
Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq04.08.2026 - 09:07
Rövşən Cavadov: “Dövlət Proqramı üzrə namizədlərin seçimi ildən-ilə çətinləşir”04.08.2026 - 09:05
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub04.08.2026 - 09:02
BMU tələbəsi vəfat edib 04.08.2026 - 09:00
Qədir Xəlilov: Dövlət Proqramının builki iştirakçıları sırasında “Yüksəliş” müsabiqəsinin qalibləri də var04.08.2026 - 08:50
Dövlət Komitəsinin rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycan diasporunun əsasını təşkil edəcəklər04.08.2026 - 08:45
DİM-də TOEFL iBT imtahanı keçiriləcək04.08.2026 - 08:34
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI04.08.2026 - 08:30
20 UNEC tələbəsi Data və Süni İntellekt Proqramını başa vurdu-FOTOLAR04.08.2026 - 08:20
Sabah 39 dərəcə isti olacaq04.08.2026 - 08:20
Azərbaycan və Cənubi Koreya mədəniyyətinin rəngarəngliyi 04.08.2026 - 08:18
Çində oxuyacaq azərbaycanlıların ən çox seçdiyi universitet və ixtisaslar04.08.2026 - 08:15
Gözdən əlil abituriyentlər üçün “Müalicə masajı” ixtisasına 15 plan yeri ayrılıb04.08.2026 - 08:10
Avqustun 13-də Perseid meteor yağışı olacaq04.08.2026 - 08:05
Magistraturaya qəbul olunanların qeydiyyatı onlayn qaydada aparılacaq04.08.2026 - 08:00
"Bu bazar elə bir prinsipə çıxıb ki, bunu dəyərləndirmək hədsiz çətinləşib"-Təhsil eksperti Vüsal Kərimli04.08.2026 - 05:59
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur04.08.2026 - 05:49
UNEC məzunu Dövlət Proqramının qaliblərindən biri olub04.08.2026 - 05:40
Vətəndaş müraciətlərinin statistikası04.08.2026 - 05:33
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər04.08.2026 - 05:22
Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib04.08.2026 - 05:11
GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb04.08.2026 - 05:03
ADU və Fırat Universiteti arasında ikili diplom proqramı müzakirə olunub 04.08.2026 - 04:51
ADU-nun müəllimi təlimdə iştirak edib04.08.2026 - 04:45
Sumqayıt Dövlət Universitetinin rektoru 700 bal toplayan abituriyentlə görüşüb04.08.2026 - 04:33
SDU ilə Azedu.az Təhsil Portalı arasında beynəlxalq tanıtım və əməkdaşlıq istiqamətində müqavilə imzalanıb04.08.2026 - 04:27
UFAZ-ın müəlliminin elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub04.08.2026 - 04:21
Professor Eldar Abbaszadə vəfat edib04.08.2026 - 04:16
Nüvə təhlükəsizliyi üzrə tədqiqat aparan BMU məzunu Helsinki Universitetinin doktoranturasına qəbul olub04.08.2026 - 04:09
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi03.08.2026 - 19:51
Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır03.08.2026 - 16:35
AzTU-da abituriyentlər üçün “Açıq qapı” günü03.08.2026 - 16:32
Bakının bu qəsəbəsində su olmayacaq03.08.2026 - 16:13
Vətəndaş müraciətlərinin statistikası03.08.2026 - 15:57
İlin son Günəş tutulması bu ay baş verəcək03.08.2026 - 15:52
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək03.08.2026 - 15:49
Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub03.08.2026 - 15:43
İyulda hava iqlim normasından yuxarı olub03.08.2026 - 15:40
Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb03.08.2026 - 15:38