Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova 30 iyul 2026-cı il tarixində İstanbul Ticarət Universiteti tərəfindən təşkil olunan “XXI əsrdə əsas bacarıqlar və müəllim peşəkarlığı” mövzusunda keçirilən təlimdə iştirak edib.
“Tehsil365” xəbər verir ki, təlimin sonunda Aynurə Hüseynova İstanbul Ticarət Universitetinin rektoru, professor Necip Şimşək tərəfindən sertifikatla təltif olunub.

