UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisası üzrə məzunu Xədicə Əliyeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2022–2028-ci illər üzrə Xaricdə Təhsil üzrə Dövlət Proqramının qaliblərindən biri olub.
“Tehsil365” xəbər verir ki, Xədicə Əliyeva təhsilini University of Glasgow-da “Data Analytics for Economics and Finance” magistr proqramı üzrə davam etdirəcək.
Tələbəmizi təbrik edir, təhsil həyatında uğurlar arzu edirik!

