Magistratura pilləsi üzrə qəbul nəticələri elan olunduqdan sonra bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinə qeydiyyatdan onlayn qaydada keçməlidirlər.
Bu barədə "Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeydiyyat prosesi portal.edu.az saytı vasitəsilə mygov platforması üzərindən həyata keçirilir. Qeyd edək ki, qeydiyyatın mobil tətbiq üzərindən aparılması mümkün deyil.

