Avqustun 5-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.
"Tehsil365"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirib ki, imtahan Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunacaq.
Bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlayacaq.
Həmçinin qeyd olunub ki, TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin müvafiq səhifəsindən əldə etmək mümkündür.

