Ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365”ə məlumat verilib.
Bildirilib ki, ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.
Qeyd edək ki, 4 nömrəli "Abituriyent" jurnalı və "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar yaxın günlərdə nəşr olunacaq.

