Sosial şəbəkələrdə və bəzi media platformalarında Azərbaycan Dillər Universitetinin (ADU) akkreditasiyadan keçə bilmədiyi ilə bağlı iddialar yayılıb.
"Tehsil365" İnformasiya Agentliyi məsələni dəqiqləşdirmək üçün ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi Cavid Zeynallı Tehsil365-in sorğusunu cavablandıraraq bildirib:
"Əlavə şərhimiz olmayacaq. ADU-nun akkreditasiyadan keçməməsi ilə bağlı irəli sürülən iddia həqiqəti əks etdirmir. Proses hələ başa çatmayıb, davam edir."
Beləliklə, universitet yayılan iddiaları təkzib edib və akkreditasiya prosesinin hələ yekunlaşmadığını bildirib.

