Təhsil 365 - Logo Mobile

Dövlət Neft Fondu hazırda üç təhsil layihəsini maliyyələşdirir - Rövşən Cavadov

14704.08.2026 - 09:40
    Dövlət Neft Fondu hazırda üç təhsil layihəsini maliyyələşdirir - Rövşən Cavadov

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsi ildən-ilə yüksəldiyi üçün seçim prosesi də çətinləşir.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə deyib. O bildirib ki, builki proqram çərçivəsində seçilən 500 nəfər minlərlə namizəd arasından ölkəni xaricdə layiqincə təmsil etməyə ən layiqli gənclərdir. Süni intellektin, texnologiyaların və iqtisadiyyatın sürətli inkişafı yeni peşələrin yaranmasına səbəb olur. Bu baxımdan əsas məqsəd yalnız nüfuzlu universiteti bitirmək deyil, həmin ali təhsil müəssisələrində müasir bilik və bacarıqlara yiyələnmək, yeni texnologiyaları mənimsəmək, dəyişikliklərə uyğunlaşmaq və öyrənmək həvəsini qoruyub saxlamaqdır.

Rövşən Cavadov vurğulayıb ki, beynəlxalq təcrübəyə görə, uğurlu ölkələri fərqləndirən əsas amil təbii resurslar deyil, insan kapitalına qoyulan investisiyadır. Sinqapur və Cənubi Koreya kimi ölkələrin inkişafının əsas səbəbi təhsilə və insan kapitalına yönələn uzunmüddətli dövlət siyasətidir. Azərbaycan da bu yolu seçərək hər il yüzlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradır. Bəzi ölkələrdə oxşar proqramlar yalnız müəyyən ixtisasları və ya məhdud sayda tələbəni əhatə etdiyi halda, Azərbaycanda Dövlət Proqramının əhatə dairəsi daha genişdir.

İcraçı direktorun müavini qeyd edib ki, hazırda Dövlət Neft Fondu üç təhsil layihəsini maliyyələşdirir: “Bunlar Xaricdə Təhsil üzrə Dövlət Proqramı, ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı və Prezidentin müvafiq Sərəncamına uyğun olaraq bu ildən maliyyələşdirilməsinə başlanılan peşə təhsilinin səviyyəsinin artırılması layihəsidir. Bu, dövlətimizin başçısının təhsilə və insan kapitalının inkişafına verdiyi önəmin göstəricisidir. Dövlət Neft Fondunun əsas missiyası təbii sərvətlərdən əldə olunan gəlirlərin həm bugünkü, həm də gələcək nəsillərin rifahına yönəldilməsidir. Bu baxımdan insan kapitalına qoyulan investisiya ölkənin uzunmüddətli inkişafı üçün ən səmərəli sərmayə hesab olunur”.

O qeyd edib ki, bu günədək Dövlət Neft Fondu təhsil proqramlarına 800 milyon manatdan çox vəsait ayırıb və yaxın illərdə bu istiqamətdə maliyyələşmənin həcminin daha da artırılması nəzərdə tutulur.

Amin Cavayev

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05