Təhsil 365 - Logo Mobile

“Gənclər texnologiyadan istifadə edərkən mənəvi dəyərləri qorumalıdır” - İlahiyyatçı Ağa Hacıbəyli

16604.08.2026 - 11:00
“Gənclər texnologiyadan istifadə edərkən mənəvi dəyərləri qorumalıdır” - İlahiyyatçı Ağa Hacıbəyli

“Tarixin dərinliklərindən bəri hər dövrdə gənc nəsil, gənclik xalqların, millətlərin ən önəmli güc mərkəzi olmuşdur. Onların nə ilə məşğul olması, hansı istiqamətdə addım atması xalq üçün çox böyük önəm kəsb edib”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib.

İlahiyyatçı bildirib ki, hazırkı dövrümüzdə də gəncliyin böyük əhəmiyyət kəsb edən yolu təqib olunur.

“Hazırkı dövrümüzdə də gəncliyin belə bir böyük əhəmiyyət kəsb edən yolu təqib olunur. Özəlliklə süni intelelktin, rəqəmsallığın ortaya çıxdığı internet əsrində, atom dövründə yaşayırıq. Əlbəttə ki, bu dövrün gənc nəslinin əlindəki imkanlar dünənki nəslin, yəni keçmişimizin nəsillərindən kifayət qədər fərqlənir. Dünən kitabxanalarda böyük zaman sərf edərək məlumatlar əldə edilirdisə, bu gün bir nöqtəyə toxunmaqla həmin informasiya ovcumuzun içərisindən gözümüzün qarşısına çıxır və onu dinləyə, ala və götürə bilirik”.

Onun sözlərinə görə, texnologiyanın bu qədər mütərəqqi inkişafı müəyyən bir qaynağa çevrilib.

“Texnologiyanın bu qədər mütərəqqi inkişafı bir tərəfdən çox böyük bir rəhmət qaynağı, digər tərəfdən özü ilə bərabər ciddi risklər gətirən bir qaynağa çevrilib. Bəzən mənbələr doğru, düzgün təhlil edilmədən din kimi təqdim olunur, bəzən də müxtəlif dini dəyərləri təhrif etmək istəyən zehniyyətlər bu vasitəni çox önəmli hesab edərək dezinformasiyalarını, yanlış məlumatlarını müxtəlif məqalələr vasitəsilə gənc nəslin beyninə bombardman edir”.

İlahiyyatçı vurğulayıb ki, bizim gənc nəslimiz bir şey unutmamaq şərtilə əlindəki bu resurslardan istifadə etməyə çalışacaq.

“Hesab edirik ki, bizim gənc nəslimiz bir şeyi unutmamaq şərtilə əlindəki bu resurslardan, imkanlardan istifadə etməyə çalışacaq. Bizim əxlaqi-mənəvi dəyərlərimiz həmişə bütün aldığımız informasiyaların təməli hesab olunmalıdır. Çünki gəncin dünyagörüşü, onun iman çərçivəsi nə qədər çox böyük, sabit olarsa, o gənc daha çox tərəqqi edə bilər. Əks təqdirdə, zəmanənin hər addımbaşı günah sektorları ilə baş-başa qaldığı bir yerdə həm böyük bir zaman itkisi ilə üzləşər, həm də bir çox gənclər də buradan aldıqları mənəvi yaralarla, zərbələrlə bəzən aylarla, illərlə özlərinə gələ bilməzlər. Bu baxımdan gənc nəslə tövsiyəmiz ondan ibarətdir ki, mənsub olduqları mənəvi dəyərləri heç zaman nə qədər böyük olsa belə, kənar maddiyatla dəyişməməlidirlər”.

Amin Cavayev

Xəbər Lenti

Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45