Təhsil 365 - Logo Mobile

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

15605.08.2026 - 04:09
BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

“Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin müvəqqəti olaraq (7 saniyəlik) yox olacağı, insanların isə qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı barədə müxtəlif iddialar yayılır. Bu məlumatların heç bir elmi əsası yoxdur və onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir”.

“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: “Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.

Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?

•    Perseid meteor yağışının maksimumu - 13 avqust tarixində müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər. 

•    12 avqust tarixində tam Günəş tutulması baş verəcək. Tam tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq. 

Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.

13 avqust 2026-cı ildə Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək”.

Nuray Babayeva

Xəbər Lenti

1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub01.10.2026 - 17:53
Masallı rayonunda şagird gözündən xəsarət aldı Araşdırma aparılır01.10.2026 - 17:40
Tacikistanlı sənətçi Azərbaycan mədəniyyətini yaşatmaq istəyir01.10.2026 - 17:31
Azərbaycanın mədəni irsi Zaqrebdə təqdim olundu01.10.2026 - 17:22
Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır01.10.2026 - 17:15
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb01.10.2026 - 16:50
İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb01.10.2026 - 15:35
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq01.10.2026 - 15:25
“Sərhədsiz incəsənət” sərgisi keçirilib01.10.2026 - 15:17
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır01.10.2026 - 15:03
Bakıda Bülbülün vəfatının 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilib01.10.2026 - 14:57
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.10.2026 - 14:45
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı01.10.2026 - 14:37
Xəzər Universitetində baytarlıqda dental rentgen aparatından istifadə olunur01.10.2026 - 14:30
Paytaxt üzrə 17 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub01.10.2026 - 14:23
ADU-da I kurs tələbələri üçün psixoloji seminar keçirilib01.10.2026 - 14:00
ADU-da İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri magistrantlarla görüşüb01.10.2026 - 13:53
ADU-da süni intellekt üzrə ödənişsiz təlim keçiriləcək01.10.2026 - 13:46
BMU-dan müdafiə sənayesində bir sıra yeniliklər01.10.2026 - 13:08
Dövlət qulluqçularının pedaqoji fəaliyyətində dəyişiklik01.10.2026 - 13:00
Anar Cahangirli: Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır01.10.2026 - 12:53
Erol Özvar Türkiyə-Azərbaycan Universitetində01.10.2026 - 12:35
Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışını edib01.10.2026 - 10:15
BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub01.10.2026 - 09:30
Mustafa Şabanovun kitab sərgisi Mərkəzi Kitabxanada keçirilib30.09.2026 - 22:00
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57