Təhsil 365 - Logo Mobile

BMU-İNHA ikili diplom proqramına qəbul imtahanları keçirilib

14305.08.2026 - 04:16
BMU-İNHA ikili diplom proqramına qəbul imtahanları keçirilib

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul məqsədilə C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə daxili imtahanlar təşkil olunub.

“Tehsil365” xəbər verir ki, BMU və İNHA Universitetinin birgə təşkil etdiyi qəbul imtahanları 2 mərhələdən ibarət olub. İmtahanın ilk mərhələsində abituriyentlərin riyaziyyat və fizika fənləri üzrə bilikləri 1 saat ərzində qiymətləndirilib. Bu hissədə riyaziyyat fənni üzrə 12, fizika fənni üzrə isə 8 test tapşırığı təqdim olunub. İkinci mərhələ ingilis dili üzrə keçirilib və dinləmə komponenti də daxil olmaqla 30 test sualını əhatə edib.

İmtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə bütün zəruri təşkilati və texniki tədbirlər həyata keçirilib. İmtahan prosesinə İNHA Universitetinin 9 nəfərdən ibarət nümayəndə heyəti, eləcə də BMU-nun 10-a yaxın əməkdaşı cəlb olunub. 

BMU-nun rektoru Yaqub Piriyev və universitetin rəhbər heyəti imtahan prosesini yerində izləyərək təşkilati məsələlər və imtahanın gedişi ilə tanış olublar. İmtahan prosesi ilə tanışlıq zamanı rektor vurğulayıb ki, beynəlxalq ikili diplom proqramına maraq ildən-ilə artır. Bu ilki qəbul prosesində yüksək bal toplayan abituriyentlərin proqrama daha çox üstünlük verməsi onun nüfuzunun, tədris keyfiyyətinin və cəmiyyətdə qazandığı etimadın ən bariz göstəricilərindəndir.  Rektor qeyd edib ki, bu proqramı seçən və qəbul olmaq imkanı qazanan gənclər olduqca şanslıdırlar. Onları bu mühüm mərhələ münasibətilə təbrik edən Yaqub Piriyev tələbələrə uğurlar arzulayaraq bildirib ki, BMU-İNHA ikili diplom proqramı beynəlxalq səviyyədə keyfiyyətli təhsil almaq, müasir bilik və bacarıqlara yiyələnmək, eləcə də uğurlu karyera qurmaq üçün geniş imkanlar yaradır. Artıq 6 ildir uğurla icra olunan ikili diplom proqramının məzunlarının böyük əksəriyyətinin nüfuzlu yerli və beynəlxalq şirkətlərdə işlə təmin olunduğunu diqqətə çatdıran rektor əlavə edib ki, bu, proqramın yüksək səmərəliliyinin və əmək bazarının tələblərinə cavab verdiyinin ən mühüm sübutlarından biridir.

2026/2027-ci tədris ili üzrə tam dövlət hesabına beynəlxalq ikili diplom proqramına ümumilikdə 104 nəfərin, yəni hər ixtisas üzrə 26 nəfərin qəbulu nəzərdə tutulub. Daxili qəbul imtahanında iştirak etmək üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib. Onlardan iştirakını təsdiqləyərək imtahanda iştirak edən 363 nəfərin 199-u Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan namizədlər olub. Bu namizədlərin 45-i 600-700, 154-ü isə 500-600 bal intervalında nəticə göstərib.

Daxili qəbul imtahanlarının nəticələrinin 6 avqust 2026-cı il tarixində elan olunması planlaşdırılır.

3+1 modeli əsasında həyata keçirilən ikili diplom proqramı üzrə cari tədris ilində 4 ixtisasa qəbul aparılır. Bunlar "Kompüter elmləri" (Süni intellekt mühəndisliyi), "Data analitikası" (Data elmləri), "İnformasiya texnologiyaları" və "Elektrik və elektronika mühəndisliyi" ixtisaslarıdır.

BMU-İNHA İDP-yə qəbul olunan namizədlərin siyahısı təsdiq olunmaq üçün Elm və Təhsil Nazirliyinə təqdim edilir və daha sonra DİM tərəfindən rəsmi qeydiyyata alınır. Proqrama qəbul olunan namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu əldə etdiklərindən DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etmirlər. Eyni zamanda, proqrama qəbul olunmayan namizədlərin DİM-in ixtisas seçimi prosesində iştirak edə bilmələri üçün nəticələrin açıqlanma vaxtı müvafiq qaydada planlaşdırılıb.

BMU-İNHA ikili diplom proqramı 2020-ci ildən etibarən “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində icra olunur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Nuray Babayeva

Xəbər Lenti

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur05.08.2026 - 05:50
UNEC məzunu xarici təqaüddən qəbul alıb05.08.2026 - 05:37
2026-cı il üzrə əcnəbi tələbələrin qəbulu davam edir05.08.2026 - 05:25
UNEC tələbəsi ABŞ-da “Microsoft World Championship”də dünyanın 6-cısı oldu!05.08.2026 - 05:17
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür05.08.2026 - 05:08
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır05.08.2026 - 04:59
UFAZ-ın 20 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq05.08.2026 - 04:44
NDU-da Türkiyədə keçirilən beynəlxalq yay təcrübəsi proqramının yekunlarına dair hesabat dinlənilib05.08.2026 - 04:36
"Bu attestatla təhsil zamanı əsasən üstünlük verilən ölkələrdir"-Təhsil Eksperti Elçin Əfəndi05.08.2026 - 04:30
ADU müəllimi Huzhou Universitetində Azərbaycan dili və mədəniyyətini təbliğ edib05.08.2026 - 04:23
BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”05.08.2026 - 04:09
BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”05.08.2026 - 04:03
“Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qobustan gənclərinə xidmət göstərir-FOTOLAR04.08.2026 - 15:50
BDU-nun Astrofizika kafedrası: Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir04.08.2026 - 15:27
​“Elm insana güc verir, mənəviyyat isə onun necə istifadə olunacağını müəyyənləşdirir” – İlahiyyatçı Əkrəm Həsənov04.08.2026 - 15:11
Bu il keçid balları necə olacaq? Ekspertdən diqqətçəkən açıqlama04.08.2026 - 13:35
“Gənclər texnologiyadan istifadə edərkən mənəvi dəyərləri qorumalıdır” - İlahiyyatçı Ağa Hacıbəyli04.08.2026 - 11:00
Balaca oxucular maarifləndirici ədəbi görüşdə bir araya gəlib04.08.2026 - 10:50
Azərbaycanın milli mətbəxi “Euronews”un reportajında təqdim olunub04.08.2026 - 10:45
Ankarada Azərbaycan dilinin inkişaf prosesindən bəhs olunub04.08.2026 - 10:40
“Tağıyev” kinoteatrlarda Azərbaycanın ən çox baxılan yerli film adını qazanıb04.08.2026 - 10:35
Magistratura qəbulunda plan yerlərini tam dolduran universitetlər açıqlanıb - SİYAHI04.08.2026 - 10:30
Elm və Təhsil Nazirliyinə 15 gün ərzində 53 mindən çox vətəndaş müraciəti daxil olub04.08.2026 - 10:25
Ekspertdən müəllimlərə tövsiyə: Şagirdlə münasibətdə bu səhvlərə yol verməyin04.08.2026 - 10:20
Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı təşkil olunub04.08.2026 - 10:15
Şaxəndan qəbiristanlığının sufi irsi ilk dəfə kompleks şəkildə araşdırılıb04.08.2026 - 10:10
Şaxəndan qəbiristanlığı ilə bağlı Azərbaycan alimlərinin araşdırması beynəlxalq jurnalda yayımlanıb04.08.2026 - 10:05
Elmi əsərlərdə həmmüəlliflik üçün yeni beynəlxalq standart tətbiq olunacaq04.08.2026 - 10:00
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq04.08.2026 - 09:57
Dövlət Proqramı ilə 2000-dən çox gənc xaricdə təhsil hüququ əldə edib – Həsən Həsənli04.08.2026 - 09:55
AzTU müəlliminə kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikat təqdim olunub04.08.2026 - 09:50
Yeni təmayül tədris modeli üçün müəllim seçimi başlayıb04.08.2026 - 09:45
“Örnək müəllim”in şagirdləri qəbul imtahanından yüksək nəticə göstərib - TANIYAQ04.08.2026 - 09:42
Dövlət Neft Fondu hazırda üç təhsil layihəsini maliyyələşdirir - Rövşən Cavadov04.08.2026 - 09:40
Xaricdə təhsil alan gənclər Azərbaycanın ən güclü təmsilçiləridir - Ayla Həsənova04.08.2026 - 09:35
Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçə bilmədi? – ADU yayılan iddialara münasibət bildirdi04.08.2026 - 09:32
BMU məzunu Kembric Universitetinə qəbul olunub04.08.2026 - 09:30
“Yüksəliş” müsabiqəsinin qalibi Yel Universitetinə qəbul olunub04.08.2026 - 09:25
Dövlət Proqramı məzunu: Xaricdə təhsil təkcə diplom almaq deyil, ölkəni layiqincə təmsil etməkdir04.08.2026 - 09:22
Oksforda qəbul alan azərbaycanlıdan abituriyentlərə tövsiyə04.08.2026 - 09:20
Həsən Həsənli: Dövlət Proqramı ilə 155 nəfər TOP-10 universitetlərə qəbul olunub04.08.2026 - 09:15
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı-FOTOLAR04.08.2026 - 09:12
Müəllimlərin işə qəbulu: 5000-dən çox namizəd müsahibəyə dəvət olunub04.08.2026 - 09:10
Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq04.08.2026 - 09:07
Rövşən Cavadov: “Dövlət Proqramı üzrə namizədlərin seçimi ildən-ilə çətinləşir”04.08.2026 - 09:05
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub04.08.2026 - 09:02
BMU tələbəsi vəfat edib 04.08.2026 - 09:00