“Son illər tələbələrin ən çox üstünlük verdiyi ölkələr Türkiyə, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan və Avropa ölkələridir”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, bu attestatla təhsil zamanı əsasən üstünlük verilən ölkələrdir.
“Dövlət proqramına qoşulan tələbələr isə ABŞ, Böyük Britaniya, Sinqapur, Çin, Almaniya kimi ölkələrə üstünlük verirlər. Onlar məhz həmin ölkələrdə təhsil almaq istəyirlər”.
Onun sözlərinə görə, bunun da səbəbləri ondan ibarətdir ki, həmin ölkələr daha keyfiyyətli təhsil təqdim edirlər.
“Attestatla qəbul olanlarda isə daha asand qəbul olmaq imkanları olduğundan, attestatla qəbul zamanı həmin ölkələr seçilir”-deyə Elçin Əfəndi qeyd edib.

