Təhsil 365 - Logo Mobile

NDU-da Türkiyədə keçirilən beynəlxalq yay təcrübəsi proqramının yekunlarına dair hesabat dinlənilib

13305.08.2026 - 04:36
NDU-da Türkiyədə keçirilən beynəlxalq yay təcrübəsi proqramının yekunlarına dair hesabat dinlənilib

Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi tələbələrinin Türkiyənin aparıcı ali tibb təhsili müəssisələrində keçdikləri beynəlxalq yay təcrübəsi proqramının yekunlarına həsr olunan hesabat tədbiri keçirilib.

“Tehsil365” xəbər verir ki, Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Respublikasının tərəfdaş universitetləri arasında qüvvədə olan əməkdaşlıq müqavilələri və qarşılıqlı anlaşma memorandumları, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 8.9.5-ci bəndinin icrası çərçivəsində 6–17 iyul 2026-cı il tarixlərində beynəlxalq yay təcrübəsi proqramı uğurla həyata keçirilib. Rektor proqram iştirakçıları ilə görüşərək təcrübənin nəticələri, tələbələrin təklifləri və gələcəkdə proqramın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Elbrus İsayev beynəlxalq təcrübə proqramlarının tələbələrin peşəkar hazırlığının gücləndirilməsində, nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsində və beynəlxalq tibbi təcrübənin mənimsənilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra qrup rəhbərləri Cerrahpaşa, Ankara, Gazi, Dokuz Eylül, Akdeniz və Karadeniz Teknik universitetlərində keçirilən təcrübələrin nəticələrinə dair təqdimatlarla çıxış edərək tələbələrin klinik hazırlıq prosesi, qazandıqları praktik bacarıqlar və əldə etdikləri təcrübə haqqında ətraflı məlumat veriblər.

Qeyd olunub ki, proqram çərçivəsində universitetin Tibb, Hərbi tibb, Tibb (tədris ingilis dilində), Tibb SABAH qrupları, Stomatologiya, İctimai səhiyyə, Əczaçılıq və Psixologiya ixtisaslarında təhsil alan 221 tələbə, eləcə də 21 nəfər professor-müəllim heyəti Türkiyənin 6 nüfuzlu ali tibb təhsili müəssisəsində təcrübə və ixtisasartırma proramlarında iştirak edib.

Yay təcrübəsi müddətində iştirakçılar terapiya, cərrahiyyə, pediatriya, ginekologiya, reanimasiya, təcili yardım və digər klinik şöbələrdə praktik hazırlıq keçərək həkimlərin gündəlik fəaliyyətini izləyib, müxtəlif tibbi prosedurlarda iştirak edib, müasir diaqnostika və müalicə üsullarını mənimsəyiblər. Bununla yanaşı, onlar beynəlxalq akademik mühit və Türkiyənin səhiyyə sisteminin təşkili ilə yaxından tanış olublar. Proqramın sonunda iştirakçılara yay təcrübəsini uğurla başa vurduqlarını təsdiq edən sertifikatlar təqdim edilib.

Hesabat tədbirində çıxış edən tələbələr beynəlxalq yay təcrübəsinin onların peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər. Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetində qazandıqları nəzəri biliklər beynəlxalq klinik mühitdə praktik bacarıqlarla tamamlanıb, fərqli səhiyyə sistemini yaxından öyrənmək və yeni təcrübə qazanmaq imkanı yaradıb. Tələbələr bu cür proqramların davamlı təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə edərək, layihənin gələcək illərdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti beynəlxalq tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xaricdə təşkil olunan bu cür təcrübə proqramları universitetin beynəlmiləlləşmə strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, yüksəkixtisaslı və rəqabətqabiliyyətli tibb mütəxəssislərinin hazırlanmasına mühüm töhfə verir.

Nuray Babayeva

Xəbər Lenti

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur05.08.2026 - 05:50
UNEC məzunu xarici təqaüddən qəbul alıb05.08.2026 - 05:37
2026-cı il üzrə əcnəbi tələbələrin qəbulu davam edir05.08.2026 - 05:25
UNEC tələbəsi ABŞ-da “Microsoft World Championship”də dünyanın 6-cısı oldu!05.08.2026 - 05:17
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür05.08.2026 - 05:08
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır05.08.2026 - 04:59
UFAZ-ın 20 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq05.08.2026 - 04:44
"Bu attestatla təhsil zamanı əsasən üstünlük verilən ölkələrdir"-Təhsil Eksperti Elçin Əfəndi05.08.2026 - 04:30
ADU müəllimi Huzhou Universitetində Azərbaycan dili və mədəniyyətini təbliğ edib05.08.2026 - 04:23
BMU-İNHA ikili diplom proqramına qəbul imtahanları keçirilib05.08.2026 - 04:16
BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”05.08.2026 - 04:09
BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”05.08.2026 - 04:03
“Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qobustan gənclərinə xidmət göstərir-FOTOLAR04.08.2026 - 15:50
BDU-nun Astrofizika kafedrası: Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir04.08.2026 - 15:27
​“Elm insana güc verir, mənəviyyat isə onun necə istifadə olunacağını müəyyənləşdirir” – İlahiyyatçı Əkrəm Həsənov04.08.2026 - 15:11
Bu il keçid balları necə olacaq? Ekspertdən diqqətçəkən açıqlama04.08.2026 - 13:35
“Gənclər texnologiyadan istifadə edərkən mənəvi dəyərləri qorumalıdır” - İlahiyyatçı Ağa Hacıbəyli04.08.2026 - 11:00
Balaca oxucular maarifləndirici ədəbi görüşdə bir araya gəlib04.08.2026 - 10:50
Azərbaycanın milli mətbəxi “Euronews”un reportajında təqdim olunub04.08.2026 - 10:45
Ankarada Azərbaycan dilinin inkişaf prosesindən bəhs olunub04.08.2026 - 10:40
“Tağıyev” kinoteatrlarda Azərbaycanın ən çox baxılan yerli film adını qazanıb04.08.2026 - 10:35
Magistratura qəbulunda plan yerlərini tam dolduran universitetlər açıqlanıb - SİYAHI04.08.2026 - 10:30
Elm və Təhsil Nazirliyinə 15 gün ərzində 53 mindən çox vətəndaş müraciəti daxil olub04.08.2026 - 10:25
Ekspertdən müəllimlərə tövsiyə: Şagirdlə münasibətdə bu səhvlərə yol verməyin04.08.2026 - 10:20
Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı təşkil olunub04.08.2026 - 10:15
Şaxəndan qəbiristanlığının sufi irsi ilk dəfə kompleks şəkildə araşdırılıb04.08.2026 - 10:10
Şaxəndan qəbiristanlığı ilə bağlı Azərbaycan alimlərinin araşdırması beynəlxalq jurnalda yayımlanıb04.08.2026 - 10:05
Elmi əsərlərdə həmmüəlliflik üçün yeni beynəlxalq standart tətbiq olunacaq04.08.2026 - 10:00
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq04.08.2026 - 09:57
Dövlət Proqramı ilə 2000-dən çox gənc xaricdə təhsil hüququ əldə edib – Həsən Həsənli04.08.2026 - 09:55
AzTU müəlliminə kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikat təqdim olunub04.08.2026 - 09:50
Yeni təmayül tədris modeli üçün müəllim seçimi başlayıb04.08.2026 - 09:45
“Örnək müəllim”in şagirdləri qəbul imtahanından yüksək nəticə göstərib - TANIYAQ04.08.2026 - 09:42
Dövlət Neft Fondu hazırda üç təhsil layihəsini maliyyələşdirir - Rövşən Cavadov04.08.2026 - 09:40
Xaricdə təhsil alan gənclər Azərbaycanın ən güclü təmsilçiləridir - Ayla Həsənova04.08.2026 - 09:35
Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçə bilmədi? – ADU yayılan iddialara münasibət bildirdi04.08.2026 - 09:32
BMU məzunu Kembric Universitetinə qəbul olunub04.08.2026 - 09:30
“Yüksəliş” müsabiqəsinin qalibi Yel Universitetinə qəbul olunub04.08.2026 - 09:25
Dövlət Proqramı məzunu: Xaricdə təhsil təkcə diplom almaq deyil, ölkəni layiqincə təmsil etməkdir04.08.2026 - 09:22
Oksforda qəbul alan azərbaycanlıdan abituriyentlərə tövsiyə04.08.2026 - 09:20
Həsən Həsənli: Dövlət Proqramı ilə 155 nəfər TOP-10 universitetlərə qəbul olunub04.08.2026 - 09:15
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı-FOTOLAR04.08.2026 - 09:12
Müəllimlərin işə qəbulu: 5000-dən çox namizəd müsahibəyə dəvət olunub04.08.2026 - 09:10
Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq04.08.2026 - 09:07
Rövşən Cavadov: “Dövlət Proqramı üzrə namizədlərin seçimi ildən-ilə çətinləşir”04.08.2026 - 09:05
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub04.08.2026 - 09:02
BMU tələbəsi vəfat edib 04.08.2026 - 09:00