Bu gün amerikalı iş adamı və ixtiraçı Tomas Alva Edison tərəfindən ilk reklam filminin istehsal olunmasının 129 ili tamam olur.
"Tehsil365"in məlumatına görə, 1897-ci ildə amerikalı iş adamı, ixtiraçı Tomas Alva Edison tərəfindən ilk reklam filmi istehsal edilib.
Reklam insanların hər hansı bir məhsulu almağında, xidmətində və ya satışında istifadə olunan məlumatlandırma vasitəsidir.
Hələ Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər.
Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinib.

