Təhsil 365 - Logo Mobile

ATU-da Ətraf mühit və sağlamlıq ixtisaslaşması – sağlam gələcəyin mütəxəssisləri hazırlanır

15905.08.2026 - 09:07
ATU-da Ətraf mühit və sağlamlıq ixtisaslaşması – sağlam gələcəyin mütəxəssisləri hazırlanır

Müasir dövrdə sənayeləşmə, urbanizasiya və iqlim dəyişikliyi fonunda ətraf mühit amillərinin insan sağlamlığına təsiri ictimai səhiyyənin əsas prioritetlərindəndir. Baş verən kəskin iqlim dəyişmələri, gözlənilməz təbii fəlakətlər, anomal istilər, zəlzələ, sunami, sel və daşqınlar, torpaq sürüşmələri və s. planetin ekoloji balansının kəskin pozulmasından xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağır xəstəliklər yükü və vaxtsız ölümlərin böyük hissəsi ekoloji tarazlığın pozulması, hava, su və torpaq çirklənməsi ilə birbaşa bağlıdır.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Ekoloji tarazlığın pozulması artıq təkcə təbiətin deyil, ümumən planetin və insanların sağlamlığı üçün böhrana yol aça biləcək ciddi siqnaldır. Bu çağırışlara cavab verən magistratura pilləsinin "Ətraf mühit və sağlamlıq" ixtisaslaşması səhiyyə sisteminin elmi, analitik və profilaktik imkanlarının genişləndirməsinə xidmət edəcək. İxtisaslaşmanın əsas istiqaməti tibb, ekologiya, epidemiologiya və gigiyena elmlərinin kəsişməsində formalaşan ekoloji riskləri qiymətləndirən və preventiv strategiyalar hazırlayan mütəxəssislər hazırlamaqdır.

ətraf mühit və sağlamlıq mütəxəssisləri havanın, suyun, torpağın çirklənməsinin və onların qida zəncirinə təsirinin qiymətləndirilməsində, xroniki və infeksion xəstəliklərin epidemioloji monitorinqinin aparılmasında, iqlim dəyişikliyinin fəsadlarına qarşı planların hazırlamasında və dövlət səviyyəsində ekoloji monitorinqlərin təşkilində və idarə olunmasında iştirak edəcəklər. Məqsəd xəstəliklərin səbəb-nəticə əlaqələrini dəqiqləşdirərək, əhalinin yaşadığı mühitin təhlükəsizlik səviyyəsini qiymətləndirməkdir.

İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Proqramında Ətraf mühit və sağlamlıq ixtisaslaşmasını bitirən mütəxəssislərin rolu müstəsnadır. Qarabağ zonasında 30 il hərbi əməliyyatlar və ekoloji terror nəticəsində zərər görmüş su mənbələrinin, kəhrizlərin, torpağın və bitki örtüyünün gigiyenik qiymətləndirilməsi əhalinin təhlükəsiz məskunlaşması və sağlamlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Milli səhiyyə təhlükəsizliyinin mühüm tərkib hissəsi olan bu mühüm ixtisas məzunlara geniş fəaliyyət və karyera perspektivi yaradacaq. Onlar səhiyyə müəssisələrində, dövlət qurumlarında, elmi-tədqiqat institutlarında, aidiyyəti laboratoriyalarda, QHT və beynəlxalq təşkilatlarda sərbəst çalışmaq imkanına malik olacaqlar.

Məzunlar xəstəliklərin profilaktikası, epidemioloji cavab tədbirləri, iqlim və ətraf mühit sağlamlığı, fövqəladə halların idarəolunması, səhiyyə siyasətinin formalaşdırılması və strateji kommunikasiya sahələrində liderlik şansı qazanacaqlar. Respublikanın Səhiyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzində, Gigiyena və Epidemiologiya mərkəzlərində, BMT-nin layihələrində və universitetlərdə analitik, tədqiqatçı, proqram meneceri, ekspert və pedaqoq kimi də fəaliyyət göstərə biləcəklər.

Magistratura pilləsinin İctimai səhiyyə ixtisasının Ətraf mühit və sağlamlıq ixtisaslaşması milli səhiyyə təhlükəsizliyinin və davamlı inkişafın mühüm tərkib hissəsidir. Bu istiqamət üzrə hazırlanan yüksəkixtisaslı mütəxəssislər profilaktik təbabətin və ekoloji təhlükəsizliyin elmi-praktik bazasını gücləndirərək, gələcək nəsillərin sağlamlığının etibarlı qorunması kimi mühüm fəaliyyət sahəsində ölkəmizə şərəfli xidmət göstərəcəklər.

Afin Mahmudov

Xəbər Lenti

Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür08.08.2026 - 06:50
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib08.08.2026 - 05:58
Orta təhsil müəssisələrinə ixtisas seçimi davam edir08.08.2026 - 05:45
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb08.08.2026 - 05:33
Azərbaycandan dünyanın TOP universitetinə uzanan uğur hekayəsi-VİDEO08.08.2026 - 05:23
Epidemiologiya – ictimai sağlamlığın keşiyində duran gələcəyin peşəsi08.08.2026 - 05:14
Xəzər Universitetinin direktoru çıxış edib08.08.2026 - 05:05
ADNSU tələbəsi regional robototexnika yarışında hakim kimi iştirak edib08.08.2026 - 04:56
ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər08.08.2026 - 04:47
Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli növbəti vətəndaş qəbulunu keçirib08.08.2026 - 04:38
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir08.08.2026 - 04:29
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu08.08.2026 - 04:20
“UNECfest” tələbələrin yay tətilinə rəng qatdı08.08.2026 - 04:11
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib08.08.2026 - 04:03
İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür07.08.2026 - 06:13
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək..."-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41