“Meyvələrin saxlanma qaydalarına diqqət eləmək lazımdır. Bişirilmiş yeməklərin saxlanma qaydasına fikir vermək lazımdır. Çünki isti vaxtlarda mikroblar çox sürətlə artır”.
Bu fikirləri tibb eksperti Adil Qeybulla “Tehsil365”ə verdiyi açıqlamada bildirmişdir.
Adil Qeybulla bildirib ki, Ümumiyyətlə, yay vaxtı əni çox təsadüf edilən problemlər müxtəlif virus xəstəliklərinin fəallaşması, məsələn, kondisionerdən legionellaların fəallaşması, nəfəs yollarına düşməsi ilə baş verən soyuqdəymələrdir, legionellyozdur. Bu, ağciyərin iltihabi xəstəliyinə gətirib çıxara bilər. Bir də meyvələrdən olan, qaynaqlanan qida toksikoinfeksiyalarıdır.
“Yay vaxtı müxtəlif qidaların saxlanma qaydalarının pozulması nəticəsində baş verən qida toksikoinfeksiyaları müxtəlif problemlər yaradır.
Adətən bütün qidalar, tər qidalar, yəni yeni dərilmiş qidalar axar su altında, xüsusən tərəvəzlər yaxşı yuyulmalıdır. Çünki bunlar həmişə, xüsusilə tərəvəzlər torpaqda olur və bura müxtəlif kanalizasiya, müxtəlif çirkab sular axıdıla bilər və bəzi helmintlər, yəni qurdlar, onların yumurtaları, müxtəlif viruslar, bakteriyalar orada toplana bilər. Bunların yaxşı yuyulması mühüm şərtdir.
Meyvələrin saxlanma qaydalarına diqqət eləmək lazımdır. Bişirilmiş yeməklərin saxlanma qaydasına fikir vermək lazımdır. Çünki isti vaxtlarda mikroblar çox sürətlə artır.”.

