Təhsil 365 - Logo Mobile

Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb-FOTOLAR

16205.08.2026 - 09:57
Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb-FOTOLAR

Quba rayonunun Səbətlər kəndi ərazisindəki son antik və orta əsrlər dövrünə aid qədim Təhməzi yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.

“Tehsil365” xəbər verir ki, Təhməzi yaşayış yeri 2022-ci ilin iyul və avqust aylarında Azərbaycanın şimal-şərq regionunda - Quba rayonunun Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə rayon mərkəzindən 30 kilometrədək aralı, Vəlvələ çayının sağ sahilində yerləşir. Kənd əhalisinin “Təhməzi şəhər yeri” adlandırdığı bu yeni abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və bu ərazilərdə heç bir arxeoloji tədqiqat işləri aparılmamışdı.

Arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilib.

Ekspedisiyanın rəhbəri, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev bildirib ki, arxeoloji qazıntılar zamanı “Təhməzi yaşayış yeri”ndə iki kəşfiyyat quyusu qazılıb. Hər iki qazıntı sahəsindən son antik və orta əsrlərə aid müxtəlif tip keramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilib: “Aşkarlanan maraqlı arxeoloji tapıntılardan biri də çay daşlarından, çiy və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla 25-27 santimetrdir. Həmçinin 1,7-2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və digər artefaktlar müşahidə edilib”.

Laçın Mustafayev bildirib ki, Qubada aparılan tarixi-arxeoloji tədqiqatlar Azərbaycanın şimal-şərq regionunda antik və erkən orta əsrlərdə şəhər mədəniyyətinin yaranmasının, maddi irisin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərinin, əhalinin təsərrüfat həyatının və sənətkarlığın müxtəlif sahələrinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, cari tədqiqatlar siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşmasına, köçəri xalqların miqrasiyasına, regionun müxtəlif sivilizasiyalar, o cümlədən dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərinə aydınlıq gətirəcək.

Afin Mahmudov

Xəbər Lenti

Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür08.08.2026 - 06:50
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib08.08.2026 - 05:58
Orta təhsil müəssisələrinə ixtisas seçimi davam edir08.08.2026 - 05:45
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb08.08.2026 - 05:33
Azərbaycandan dünyanın TOP universitetinə uzanan uğur hekayəsi-VİDEO08.08.2026 - 05:23
Epidemiologiya – ictimai sağlamlığın keşiyində duran gələcəyin peşəsi08.08.2026 - 05:14
Xəzər Universitetinin direktoru çıxış edib08.08.2026 - 05:05
ADNSU tələbəsi regional robototexnika yarışında hakim kimi iştirak edib08.08.2026 - 04:56
ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər08.08.2026 - 04:47
Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli növbəti vətəndaş qəbulunu keçirib08.08.2026 - 04:38
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir08.08.2026 - 04:29
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu08.08.2026 - 04:20
“UNECfest” tələbələrin yay tətilinə rəng qatdı08.08.2026 - 04:11
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib08.08.2026 - 04:03
İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür07.08.2026 - 06:13
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək..."-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41