Təhsil 365 - Logo Mobile

BMU-da Çinlə birgə yaradılan Mühəndislik fakültəsinə ilk qəbul başlayıb

13605.08.2026 - 10:30
BMU-da Çinlə birgə yaradılan Mühəndislik fakültəsinə ilk qəbul başlayıb

2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və Çinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir.

“Tehsil365” xəbər verir ki, bu mühüm hadisə Azərbaycanda beynəlxalq mühəndislik təhsilinin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.

PKTU-BMU Mühəndislik fakültəsi dünya səviyyəli mühəndis hazırlığını, innovativ tədris yanaşmalarını və qlobal akademik əməkdaşlığı özündə birləşdirən müasir təhsil modeli təqdim edir. Fakültənin əsas məqsədi sürətlə dəyişən texnologiya dünyasının tələblərinə cavab verən, beynəlxalq rəqabət mühitində uğur qazana biləcək yüksək ixtisaslı mühəndislər yetişdirməkdir.

2026-2027-ci tədris ili üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

- Kompüter elmləri

- Kimya

- Biotexnologiya

- Mexanika mühəndisliyi

PKTU-BMU Mühəndislik fakültəsinin ən mühüm üstünlüyü onun sadəcə ikili diplom proqramı deyil, BMU və PKTU tərəfindən birgə təsis edilmiş ilk beynəlxalq akademik fakültə olmasıdır. Tədris prosesi hər iki universitetin ortaq akademik idarəetmə prinsipləri və beynəlxalq keyfiyyət standartları əsasında təşkil olunur ki, bu da tələbələrə dünya səviyyəsində tanınan müasir təhsil mühiti təqdim edir.

Fakültədə tətbiq olunan 3+1 təhsil modeli çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son ilini isə PKTU-da davam etdirirlər. Bu müddətdə onlar beynəlxalq akademik mühitdə təhsil almaq, qabaqcıl laboratoriyalarda çalışmaq, elmi-tədqiqat layihələrinə qoşulmaq və qlobal sənaye təcrübəsi qazanmaq imkanı əldə edirlər. Yüksək akademik göstərici nümayiş etdirən tələbələr üçün PKTU-da təqaüdlə təhsil imkanları da nəzərdə tutulur. Tədris proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.

Süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və yeni sənaye çağırışlarına uyğun hazırlanmış müasir tədris proqramları, innovativ laboratoriyalar, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq akademik mübadilə imkanları tələbələrə gələcəyin peşələrinə hazırlaşmaq və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmaq üçün zəruri bilik və bacarıqlar qazandırır.

2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU–BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarını seçərək dünya səviyyəli mühəndislik təhsili, beynəlxalq akademik təcrübə və qlobal karyera imkanları təqdim edən bu unikal təhsil modelinin ilk tələbələri sırasında yer ala bilərlər.

Amin Cavayev

Xəbər Lenti

“Bakıda motosiklet sürmə mədəniyyəti çox aşağı səviyyədədir” - Nəqliyyat eksperti Fərhad Əyyubov05.08.2026 - 13:00
“Bəyaz durnalar” – şəhidlərin xatirəsinə həsr olunan yeni kitab05.08.2026 - 11:00
Fotoqrafiyanın 165 illiyi xüsusi poçt markası ilə qeyd olunub05.08.2026 - 10:55
Azərbaycanlı mütəxəssisin musiqi terapiyası İzmirdə təqdim edilib05.08.2026 - 10:50
Dövlət Proqramı AzTU məzunlarına xaricdə magistratura imkanı yaradıb05.08.2026 - 10:45
Polimer Materialları İnstitutunda aparılan yeni tədqiqatın nəticələri təqdim edilib05.08.2026 - 10:40
Riyaziyyat fənni üzrə lider məktəblər açıqlanıb – 9-cu sinif05.08.2026 - 10:35
Məleykə Abbaszadədən abituriyentlərə mühüm müraciət05.08.2026 - 10:25
Koreya İnkişaf İnstitutu təqaüdlü təhsil proqramı elan edib05.08.2026 - 10:20
MİQ: Eyni bal toplayan namizədlər üçün üstünlük meyarları açıqlanıb05.08.2026 - 10:15
İmtahan nəticələrinə etiraz edən tələbələr məhkəməyə üz tutub05.08.2026 - 10:10
Qərbdə təhsil sistemi yeni çağırışlarla üz-üzədir05.08.2026 - 10:05
Konfutsi İnstitutunun yay düşərgəsi Çində keçirilir05.08.2026 - 10:00
Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb-FOTOLAR05.08.2026 - 09:57
Ağdam rayonunda elmi tədqiqatlar həyata keçirilib05.08.2026 - 09:55
Lətif Kərimovun yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb05.08.2026 - 09:50
XII Bakı Beynəlxalq Kitab Sərgisinə qeydiyyat prosesi davam edir05.08.2026 - 09:45
“Nəsil yaddaşı” beynəlxalq festivalda növbəti uğurunu əldə edib05.08.2026 - 09:40
Sərvər Qəniyev - Azərbaycan musiqisinin unudulmaz sənətkarı05.08.2026 - 09:35
Kolleclərdə ən az plan yeri ayrılan ixtisaslar - SİYAHI05.08.2026 - 09:30
Azyaşlıların sosial media istifadəsi ilə bağlı yeni cərimə qaydası05.08.2026 - 09:25
TİF “Maarifçi” proqramı çərçivəsində tələbə və məzunlarla görüş təşkil edib05.08.2026 - 09:20
Hərbi bazaya daxil olmağa çalışan 8 tələbə saxlanılıb05.08.2026 - 09:15
Məktəbli şagird vəfat edib05.08.2026 - 09:10
ATU-da Ətraf mühit və sağlamlıq ixtisaslaşması – sağlam gələcəyin mütəxəssisləri hazırlanır05.08.2026 - 09:07
Bu gün gözlənilən hava şəraiti05.08.2026 - 09:05
Azərbaycanlı musiqi terapevti Türkiyədə unudulmaz sənət gecəsinə imza atdı - FOTO05.08.2026 - 09:02
MİQ üzrə vakansiya seçiminə bu gündən start verilir05.08.2026 - 09:00
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI05.08.2026 - 08:35
Sabah hava necə olacaq?05.08.2026 - 08:30
Görkəmli qazax kinorejissoru Ardak Amirkulov vəfat edib05.08.2026 - 08:25
Bariton səsi ilə opera tariximizə iz qoyan Məmmədtağı Bağırov-FOTO05.08.2026 - 08:20
Vəfa Yaqublu: Özəl bağçalarda dövlət maliyyələşməsi aylıq həyata keçiriləcək05.08.2026 - 08:15
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi"05.08.2026 - 08:10
Maliyyələşmə müsabiqəsinə hansı özəl bağçaların müraciət edə biləcəyi açıqlanıb05.08.2026 - 08:05
“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş edilib05.08.2026 - 08:00
BMU məzunu Dövlət Proqramının qalibi olub, Vorvik Universitetində təhsil alacaq05.08.2026 - 07:32
DİM taksi sürücüləri üçün imtahan təşkil edəcək 05.08.2026 - 07:20
AzTU məzunları “AZROKSAN” şirkətində iş imkanı qazanıblar - FOTO05.08.2026 - 07:09
Mədəniyyət Nazirliyinin incəsənət məktəbləri üçün yeni tədris proqramları müzakirə olunub - FOTO05.08.2026 - 06:52
Avqustun 5-i Beynəlxalq İşıqfor Günü qeyd olunur05.08.2026 - 06:31
İlk reklam filminin istehsalından 129 il ötür05.08.2026 - 06:18
Akademik Mustafa Topçubaşovun anadan olmasından 131 il ötür05.08.2026 - 06:02
Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur05.08.2026 - 05:50
UNEC məzunu xarici təqaüddən qəbul alıb05.08.2026 - 05:37
2026-cı il üzrə əcnəbi tələbələrin qəbulu davam edir05.08.2026 - 05:25
UNEC tələbəsi ABŞ-da “Microsoft World Championship”də dünyanın 6-cısı oldu!05.08.2026 - 05:17