Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi başa çatıb.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Mərkəzi Aparatının Təşkilat və Gender siyasəti və gənclərlə iş şöbələrinin baş məsləhətçiləri Araz Salmanov və Günel Məmmədova çıxış ediblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə aşılanması Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərindəndir. Bildirilib ki, bu cür layihələr gənclərin intellektual potensialının inkişafına, onların vətənpərvərlik ruhunda formalaşmasına, həmçinin müxtəlif regionlardan olan gənclər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Layihə iştirakçıları düşərgə barədə təəssüratlarını bölüşüblər.
Daha sonra iştirakçılara sertifikatlar, xatirə kubokları verilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

