Təhsil 365 - Logo Mobile

Sabir Rüstəmxanlı: "Milli təhsil vətənpərvər və ayıq şüurlu vətəndaş yetişdirməyə xidmət etməlidir"

14105.08.2026 - 14:33
Sabir Rüstəmxanlı: "Milli təhsil vətənpərvər və ayıq şüurlu vətəndaş yetişdirməyə xidmət etməlidir"

Rəqəmsallaşma və süni intellekt dövründə müasir Azərbaycan təhsilinin milli-mənəvi dəyərlərlə texnoloji yenilikləri necə uzlaşdırmalı olduğu məsələsi günümüzün en vacib mövzularındandır.

​Məsələ ilə bağlı Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı “Tehsil365”-ə saytına öz xüsusi açıqlamasını verib.

​Sabir Rüstəmxanlı bildirib ki, təhsil ilk növbədə millətin öz övladlarını öz ideallarına və arzularına uyğun yetişdirmək vasitəsidir:

​"Təhsil deyildikdə, ilk növbədə millətin öz övladlarını təhsil vasitəsilə özünə bənzətməsi, özü kimi yetişdirməsi və öz arzularına, ideallarına uyğun formalaşdırması nəzərdə tutulur. Yəni milli təhsil birinci növbədə vətənpərvər, millətini sevən, onun dilini, tarixini, mədəniyyətini və milli dəyərlərini dərindən bilən, ayıq milli şüura malik vətəndaş yetişdirməyə xidmət etməlidir. Bütün təhsil sisteminin əsasında dayanan vacib amil məhz budur."

​Xalq şairi vurğulayıb ki, texnoloji tərəqqi və müasir yeniliklər milli təhsilin mahiyyətini əvəz etməməlidir:

​"Milli kimliyi və dəyərləri gənc nəslə aşılamaq təhsilin ilk və əsas işidir. Bunu heç vaxt yeni texnologiyalarla qarışdırmaq olmaz. Yeni texnologiyaların bu işin mahiyyətini dəyişmək və ya onun yerini tutmaq kimi bir imkanı olmamalıdır. Əksinə, biz süni intellektin və müasir texnologiyaların imkanlarından milli təhsilimizi daha da gücləndirmək, əl-qolunu açmaq və onu dünya informasiya sisteminə inteqrasiya etmək üçün istifadə etməliyik."

​Keçmişdən bu günə əlifba və dil dəyişikliklərinə də toxunan Sabir Rüstəmxanlı, xarici dil və texnologiya öyrənərkən doğma dili unutmamağın vacibliyini qeyd edib:

​"Tarix boyu da belə olub: əlifbalar dəyişəndə və ya xarici dilləri öyrənəndə bu, öz dilimizdən, milli kökümüzdən qopmaq hesabına baş verməməlidir. Texnologiyaya da bu prizmadan yanaşmalıyıq. Süni intellekt və informasiya sistemləri öz verdiyi gücü bizim milli bazamızdan, milli şüurumuzdan və mənəvi sərvətlərimizdən almalıdır. Təhsil sistemindəki bütün yeniliklər ana dilimizin öyrənilməsinə, mütaliə mədəniyyətinin formalaşmasına və kitaba olan sevginin artırılmasına xidmət etməlidir."

​Sonda Sabir Rüstəmxanlı milli mənəviyyata söykənən təhsilin qlobal çağırışlara qarşı ən böyük güc olduğunu xüsusi vurğulayıb:

​"Milli-mənəvi dəyərlərə və xalqın zəngin keçmişinə söykənən geniş dünyagörüşü olmadan yeni texnologiyaları da dərindən dərk etmək mümkün deyil. Milli təhsilimiz nə qədər güclü olarsa, dünyada gedən qlobal proseslərə və texnoloji yeniliklərə bir o qədər vaxtında, mütəşəkkil və adekvat cavab verə bilərik."

Ləman Rəhimli

Xəbər Lenti

1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub01.10.2026 - 17:53
Masallı rayonunda şagird gözündən xəsarət aldı Araşdırma aparılır01.10.2026 - 17:40
Tacikistanlı sənətçi Azərbaycan mədəniyyətini yaşatmaq istəyir01.10.2026 - 17:31
Azərbaycanın mədəni irsi Zaqrebdə təqdim olundu01.10.2026 - 17:22
Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır01.10.2026 - 17:15
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb01.10.2026 - 16:50
İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb01.10.2026 - 15:35
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq01.10.2026 - 15:25
“Sərhədsiz incəsənət” sərgisi keçirilib01.10.2026 - 15:17
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır01.10.2026 - 15:03
Bakıda Bülbülün vəfatının 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilib01.10.2026 - 14:57
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.10.2026 - 14:45
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı01.10.2026 - 14:37
Xəzər Universitetində baytarlıqda dental rentgen aparatından istifadə olunur01.10.2026 - 14:30
Paytaxt üzrə 17 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub01.10.2026 - 14:23
ADU-da I kurs tələbələri üçün psixoloji seminar keçirilib01.10.2026 - 14:00
ADU-da İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri magistrantlarla görüşüb01.10.2026 - 13:53
ADU-da süni intellekt üzrə ödənişsiz təlim keçiriləcək01.10.2026 - 13:46
BMU-dan müdafiə sənayesində bir sıra yeniliklər01.10.2026 - 13:08
Dövlət qulluqçularının pedaqoji fəaliyyətində dəyişiklik01.10.2026 - 13:00
Anar Cahangirli: Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır01.10.2026 - 12:53
Erol Özvar Türkiyə-Azərbaycan Universitetində01.10.2026 - 12:35
Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışını edib01.10.2026 - 10:15
BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub01.10.2026 - 09:30
Mustafa Şabanovun kitab sərgisi Mərkəzi Kitabxanada keçirilib30.09.2026 - 22:00
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57