Hacıyev Rafiq Kərəm oğlu 28 may 1966-cı ildə Ermənistanın Krasnoselski rayonunda anadan olub.
"Tehsil365" xəbər verir ki, o, 1993-cü ildə Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. Müxtəlif rayonların və strateji əhəmiyyətli obyektlərin azad olunması istiqamətində aparılan döyüşlərdə göstərdiyi şücaət və igidliyi ilə seçilib.
1994-cü il yanvarın 5-də Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhid Hacıyev Rafiq Kərəm oğlundan Vətənə və xalqımıza əmanət Sevinc və Bənövşə adlı iki qız övladı yadigar qalıb.
Əziz xatirəsi hər zaman dərin ehtiramla anılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

