Təhsil 365 - Logo Mobile

Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub

14505.08.2026 - 15:18
Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkir arxeoloji tədqiqatında BDU-nun tarix ixtisası üzrə təhsil alan tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji yay məktəbi təşkil olunub.

“Tehsil365” xəbər verir ki,institutdan bildirilib ki, yay məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və keçmiş cəmiyyətlər haqqında nəzəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir. Arxeoloji Yay Məktəbi tələbələrə keçmişi öyrənmək, yüzilliklər və minilliklərə aid mədəni irs nümunələri ilə birbaşa təmas qurmaq, tədqiqatçılar komandasının üzvü olmaq, qədim artefaktların aşkarlanması və tarixi faktların elmi əsaslarla öyrənilməsi prosesində iştirak etmək imkanı yaradır.

Proqram üzrə nəzəri mühazirələr və praktiki təlimlər tədqiq olunan ərazinin tarixi və arxeoloji əhəmiyyəti, mədəni təbəqə və stratiqrafiya; arxeoloji qazıntılarda istifadə olunan alətlər və onlardan istifadənin xüsusiyyətləri, artefaktların tarixləndirilməsi, rəqəmsal arxeologiya, çöl tədqiqat sənədlərinin hazırlanması mövzularını əhatə edir. Nəzəri biliklərlə yanaşı, tələbələr təcrübəli arxeoloqların rəhbərliyi altında praktiki qazıntılarda iştirak edirlər. Onlar qazıntı sahəsinin hazırlanması, koordinat torunun qurulması, reper nöqtəsinin müəyyən edilməsi və ərazinin təmizlənməsi qaydalarını öyrənirlər. Praktiki məşğələlər zamanı mədəni təbəqələrin tədqiqi, tikinti qalıqlarının və artefaktların aşkar edilərək sənədləşdirilməsi, plan və çertyojların hazırlanması, həmçinin fotoqeydiyyatın aparılması bacarıqlarına yiyələnirlər. Proqram çərçivəsində mədəni təbəqənin stratiqrafiyasının izlənilməsi, profil və sxemlərin hazırlanması, arxeoloji materialların çöl şəraitində sənədləşdirilməsi, tapıntıların ilkin təmizlənməsi, qorunması və təsnifatının aparılması üzrə praktiki bacarıqlar formalaşdırılır. Əsas qazıntı və təlim işləri ilə yanaşı, yay məktəbinin proqramına Şəmkir bölgəsində yerləşən digər tarixi-arxeoloji abidələrə və muzeylərə ekskursiyalar da daxildir. Bu səfərlər tələbələrə aparılan tədqiqatların tarixi və mədəni kontekstini daha dərindən anlamağa, bölgənin səciyyəvi arxeoloji abidələri və artefakt nümunələri ilə yaxından tanış olmağa imkan verir. Arxeoloji yay məktəbi Bakı Dövlət Universitetinin tələbələrinin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi, onların arxeoloji irsin tədqiqi, qorunması və təbliği sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tələbələr abidənin narınqala sahəsində IX–X əsrlərə aid monumental binanın tədqiqinə təcrübəli arxeoloqların nəzarəti altında tədqiqat qrupunun üzvü kimi qoşularaq ilkin peşə bacarıqları qazanırlar. Onlar qazıntı sahəsinin hazırlanması, qazıntı alətlərindən istifadə, artefakt və osteoloji qalıqların aşkar edilməsi, təmizlənməsi, götürülməsi və qeydə alınması qaydalarını öyrənir, həmçinin arxeoloji tapıntıların sənədləşdirilməsi üsulları ilə tanış olurlar.

Yay arxeoloji məktəbində tələbələr həmçinin çöl arxeologiya üzrə nəzəri təlimlərə cəlb olunur. Tələbələr arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələr növləri və keçmiş cəmiyyətlərin öyrənilməsində əhəmiyyəti, arxeoloji kəşfiyayat və arxeoloji axtarışlarda tətbiq olunan yeni texnologiyalar, daş dövrü düşərgələrinin, kənd tipli yaşayış yerlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı üsulları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, arxeologiyada rekokonstruksiya və s. məsələlər üzrə bilgilər əldə ediblər.

Ləman Rəhimli

Xəbər Lenti

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır05.08.2026 - 16:39
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib05.08.2026 - 16:26
Bakıda 108 küçə və prospektdə təmir aparılır05.08.2026 - 15:15
Dövlət Proqramı çərçivəsində Türkiyədə təhsil hüququ qazanan tələbələrlə görüş təşkil olunub05.08.2026 - 15:12
Azərbaycan Mərakeşdə fəxri ölkə seçilib05.08.2026 - 15:09
Şəhid Hacıyev Rafiq Kərəm oğlu - FOTO05.08.2026 - 15:04
Əkrəm Həsənov: "Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir"05.08.2026 - 14:46
Sabir Rüstəmxanlı: "Milli təhsil vətənpərvər və ayıq şüurlu vətəndaş yetişdirməyə xidmət etməlidir"05.08.2026 - 14:33
Qoşqar Məhərrəmov: "Universitetlərlə sənaye arasında ciddi qopuqluq var – çıxış yolu əməkdaşlıqdadır"05.08.2026 - 14:28
Fazil Əhmədli: "Təhsil yalnız təlimlə kifayətlənməməli, tərbiyə və etik dəyərləri də əhatə etməlidir"05.08.2026 - 14:23
“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinə yekun vurulub05.08.2026 - 14:19
Bakı metrosunun daşıma qabiliyyəti 88 milyon sərnişin artırılacaq05.08.2026 - 14:16
Yayda sağlam qalmaq üçün: Qida zəhərlənmələri və viruslardan necə qorunmalı?-Həkimdən açıqlama 05.08.2026 - 13:40
“Bakıda motosiklet sürmə mədəniyyəti çox aşağı səviyyədədir” - Nəqliyyat eksperti Fərhad Əyyubov05.08.2026 - 13:00
“Bəyaz durnalar” – şəhidlərin xatirəsinə həsr olunan yeni kitab05.08.2026 - 11:00
Fotoqrafiyanın 165 illiyi xüsusi poçt markası ilə qeyd olunub05.08.2026 - 10:55
Azərbaycanlı mütəxəssisin musiqi terapiyası İzmirdə təqdim edilib05.08.2026 - 10:50
Dövlət Proqramı AzTU məzunlarına xaricdə magistratura imkanı yaradıb05.08.2026 - 10:45
Polimer Materialları İnstitutunda aparılan yeni tədqiqatın nəticələri təqdim edilib05.08.2026 - 10:40
Riyaziyyat fənni üzrə lider məktəblər açıqlanıb – 9-cu sinif05.08.2026 - 10:35
BMU-da Çinlə birgə yaradılan Mühəndislik fakültəsinə ilk qəbul başlayıb05.08.2026 - 10:30
Məleykə Abbaszadədən abituriyentlərə mühüm müraciət05.08.2026 - 10:25
Koreya İnkişaf İnstitutu təqaüdlü təhsil proqramı elan edib05.08.2026 - 10:20
MİQ: Eyni bal toplayan namizədlər üçün üstünlük meyarları açıqlanıb05.08.2026 - 10:15
İmtahan nəticələrinə etiraz edən tələbələr məhkəməyə üz tutub05.08.2026 - 10:10
Qərbdə təhsil sistemi yeni çağırışlarla üz-üzədir05.08.2026 - 10:05
Konfutsi İnstitutunun yay düşərgəsi Çində keçirilir05.08.2026 - 10:00
Qubada aparılan arxeoloji qazıntılar antik və orta əsrlərə aid şəhər mədəniyyətinin qalıqlarını üzə çıxarıb-FOTOLAR05.08.2026 - 09:57
Ağdam rayonunda elmi tədqiqatlar həyata keçirilib05.08.2026 - 09:55
Lətif Kərimovun yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb05.08.2026 - 09:50
XII Bakı Beynəlxalq Kitab Sərgisinə qeydiyyat prosesi davam edir05.08.2026 - 09:45
“Nəsil yaddaşı” beynəlxalq festivalda növbəti uğurunu əldə edib05.08.2026 - 09:40
Sərvər Qəniyev - Azərbaycan musiqisinin unudulmaz sənətkarı05.08.2026 - 09:35
Kolleclərdə ən az plan yeri ayrılan ixtisaslar - SİYAHI05.08.2026 - 09:30
Azyaşlıların sosial media istifadəsi ilə bağlı yeni cərimə qaydası05.08.2026 - 09:25
TİF “Maarifçi” proqramı çərçivəsində tələbə və məzunlarla görüş təşkil edib05.08.2026 - 09:20
Hərbi bazaya daxil olmağa çalışan 8 tələbə saxlanılıb05.08.2026 - 09:15
Məktəbli şagird vəfat edib05.08.2026 - 09:10
ATU-da Ətraf mühit və sağlamlıq ixtisaslaşması – sağlam gələcəyin mütəxəssisləri hazırlanır05.08.2026 - 09:07
Bu gün gözlənilən hava şəraiti05.08.2026 - 09:05
Azərbaycanlı musiqi terapevti Türkiyədə unudulmaz sənət gecəsinə imza atdı - FOTO05.08.2026 - 09:02
MİQ üzrə vakansiya seçiminə bu gündən start verilir05.08.2026 - 09:00
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI05.08.2026 - 08:35
Sabah hava necə olacaq?05.08.2026 - 08:30
Görkəmli qazax kinorejissoru Ardak Amirkulov vəfat edib05.08.2026 - 08:25
Bariton səsi ilə opera tariximizə iz qoyan Məmmədtağı Bağırov-FOTO05.08.2026 - 08:20
Vəfa Yaqublu: Özəl bağçalarda dövlət maliyyələşməsi aylıq həyata keçiriləcək05.08.2026 - 08:15