Odlar Yurdu Universiteti “İngilis dilində tədrisin təşkili”, “Humanitar, təhsil və dillər”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət və texnologiya” fakültələrinə dekan vəzifəsi üzrə vakansiya elan edir.
“Tehsil365” xəbər verir ki, Namizədə aid tələblər
Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad;
Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə;
Rəhbər vəzifədə iş təcrübəsi;
Akademik və inzibati idarəetmə bacarığı
Kollektivlə işləmə, qərarvermə qabiliyyəti.
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsinin surəti
Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri
Elmi və elmi-metodiki işlərin siyahısı
Kadrlar uçotunun şəxsi vərəqəsi
CV (tərcümeyi-hal)
Müraciət qaydası
Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə info@oyu.edu.az elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Koroğlu Rəhimov 13) İnsan Resursları departamentinə təqdim edə bilərlər.
Son müraciət tarixi
05.09.2026

