Mərkəzi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 2026-cı il iyulun 20- də Bakıda Çin Xalq Respublikası Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin Çin dili müəllimi, f.ü.f.d. Nərgiz Kərimova Çin dilində məruzə ilə çıxış edib.
Nərgiz Kərimova məruzəsində Azərbaycan ilə Çin arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayaraq, gənclər siyasəti, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin iki dövlət və xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, bu əməkdaşlığın qarşılıqlı faydalı inkişafın təşviqinə, eləcə də səmərəli idarəetmə təcrübələrinin mübadiləsinə mühüm töhfə verdiyini qeyd edib.
Görüş zamanı Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin, xüsusilə də gənclər siyasəti və beynəlxalq əməkdaşlıq sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

