Qərbi Kaspi Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir.
“Tehsil365” xəbər verir ki, ali təhsil seçimi hər bir gəncin həyatında mühüm mərhələlərdən biridir. Bu baxımdan Qərbi Kaspi Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə peşəkar dəstək göstərmək məqsədi daşıyır.
Mərkəz aşağıdakı xidmətləri təqdim edir:
Abituriyentlərə ixtisaslar və təhsil istiqamətləri ilə bağlı fərdi məsləhətlər verir;
Əmək bazarının tələblərinə uyğun müasir ixtisaslar haqqında maarifləndirici sessiyalar təşkil edir;
Dövlət İmtahan Mərkəzinin ixtisas seçimi
ərizəsinin düzgün və dəqiq doldurulması üçün
texniki və məsləhət yönümlü dəstək göstərir.
+994 12 492 74 18
İş saatları: Həftə içi hər gün, saat 10:00-18:00
İstiqlaliyyət küçəsi, 31

