Avqustun 6-sı saat 09:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Tehsil365”ə bildirilib ki, ölkə ərazisində hava əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış müşahidə olunub, şimşək çaxıb.
Məlumata görə, Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə yağıntının miqdarı 1 millimetr təşkil edib.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə 18 metrə çatır. Bölgələrdə isə cənub-şərq küləyi üstünlük təşkil edir. Maksimal külək sürəti Culfada saniyədə 21, Naxçıvanda isə 16 metr qeydə alınıb.
Son müşahidələrə əsasən, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 34, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

