Təhsil 365 - Logo Mobile

DİM incəsənət məktəblərinə işə qəbul imtahanı keçirəcək

15006.08.2026 - 06:40
DİM incəsənət məktəblərinə işə qəbul imtahanı keçirəcək

Avqustun 8-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini, eləcə də Azərbaycan və Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirliklərinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan məlumat verilib.

Bildirilib ki, imtahan iki növbədə – saat 10:00 və 16:00-da təşkil olunacaq. Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasında olmalıdırlar. Saat 09:45 və 15:45-dən sonra gələn şəxslər imtahana buraxılmayacaqlar.

Qeydiyyatdan keçmiş namizədlər DİM-in rəsmi internet səhifəsindən buraxılış vərəqəsini çap etməli, imtahana isə şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsi ilə gəlməlidirlər. Namizədlərə imtahandan əvvəl “Yaddaş kitabçası” ilə tanış olmaq da tövsiyə edilir.

Direktor və direktor müavinlərinin işə qəbulu üzrə imtahan 3 saat, müəllimlərin işə qəbulu imtahanı isə 2 saat davam edəcək.

Direktor və direktor müavinləri üçün imtahanda normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü üzrə biliklər qiymətləndiriləcək. Bu istiqamət üzrə namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Müəllimlərin işə qəbulu imtahanında isə musiqi, təsviri sənət və xoreoqrafiya istiqamətləri üzrə ixtisas bilikləri ilə yanaşı, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü yoxlanılacaq. Musiqi ixtisası üzrə namizədlərə suallar milli və klassik musiqi bölmələri üzrə təqdim ediləcək. Müəllimlər üçün imtahan 70 qapalı tipli test tapşırığından ibarət olacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək.

İmtahan Bakıda DİM-in Elektron İmtahanlar Korpusunda, Naxçıvanda isə 4 nömrəli tam orta məktəbdə kompüter vasitəsilə keçiriləcək.

Ümumilikdə imtahanda 1350 namizəd iştirak edəcək. Onlardan 121-i direktor və direktor müavini, 1229-u isə müəllim vəzifəsi üzrə qeydiyyatdan keçib.

İmtahanın təşkili üçün 15 zal administratoru, 89 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.

DİM-dən bildirilib ki, imtahanda 5 nəfər görmə məhdudiyyətli namizəd də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi şərait yaradılıb, tapşırıqların oxunması, cavab kartlarının doldurulması və digər prosedurların yerinə yetirilməsi məqsədilə fərdi nəzarətçilər təyin olunub.

Fidan Məmmədli

Xəbər Lenti

Gənc alimlər beynəlxalq əqli mülkiyyət müsabiqəsinə dəvət olunublar06.08.2026 - 07:36
DİN-in tabeliyindəki 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib06.08.2026 - 07:22
Xurşidbanu Natəvanın anadan olmasından 194 il ötür06.08.2026 - 07:08
UNEC aliminin Qarabağla bağlı araşdırması beynəlxalq platformada dərc olunub06.08.2026 - 07:03
DİM: 9 illik baza üzrə qabiliyyət imtahanlarında nəticələr yaxşılaşıb06.08.2026 - 06:50
Qlobal əhali azalsa, iqlim və təbiət üçün müsbət nəticələr yarana bilər06.08.2026 - 06:48
Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları başa çatıb06.08.2026 - 06:43
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci Türkiyə universiteti ilə əməkdaşlığa başlayır06.08.2026 - 06:22
Direktor olmaq istəyən namizədlər üçün müsahibə mərhələsi başlayır06.08.2026 - 06:13
Ölkə ərazisində hava əsasən yağmursuz keçib, bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb06.08.2026 - 06:07
Həm pozitiv inanclı olmaq, həm də paralel olaraq çalışmaq ən gözəl addımlardan birisidir-Psixoloq Helin Şadfar06.08.2026 - 05:59
İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların III Beynəlxalq Konfransı (ICRESS-2026) keçiriləcəkdir06.08.2026 - 05:48
Avqustun 6-sı Beynəlxalq “Dünya həkimləri sülh uğrunda” Günüdür06.08.2026 - 05:37
Abituriyentlərin nəzərinə!06.08.2026 - 05:28
Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə06.08.2026 - 05:17
Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilib06.08.2026 - 05:05
Dosentin yeni elmi monoqrafiyası06.08.2026 - 04:56
Sərgi başa çatıb06.08.2026 - 04:48
Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb06.08.2026 - 04:38
Sumqayıt Dövlət Universiteti qiymətləndirmə sahəsində strateji əməkdaşlığını genişləndirir06.08.2026 - 04:25
OYU fakültə dekanı vəzifələri üzrə vakansiya elan edir06.08.2026 - 04:16
ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir06.08.2026 - 04:09
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir06.08.2026 - 04:03
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır05.08.2026 - 16:39
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib05.08.2026 - 16:26
Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub05.08.2026 - 15:18
Bakıda 108 küçə və prospektdə təmir aparılır05.08.2026 - 15:15
Dövlət Proqramı çərçivəsində Türkiyədə təhsil hüququ qazanan tələbələrlə görüş təşkil olunub05.08.2026 - 15:12
Azərbaycan Mərakeşdə fəxri ölkə seçilib05.08.2026 - 15:09
Şəhid Hacıyev Rafiq Kərəm oğlu - FOTO05.08.2026 - 15:04
Əkrəm Həsənov: "Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir"05.08.2026 - 14:46
Sabir Rüstəmxanlı: "Milli təhsil vətənpərvər və ayıq şüurlu vətəndaş yetişdirməyə xidmət etməlidir"05.08.2026 - 14:33
Qoşqar Məhərrəmov: "Universitetlərlə sənaye arasında ciddi qopuqluq var – çıxış yolu əməkdaşlıqdadır"05.08.2026 - 14:28
Fazil Əhmədli: "Təhsil yalnız təlimlə kifayətlənməməli, tərbiyə və etik dəyərləri də əhatə etməlidir"05.08.2026 - 14:23
“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinə yekun vurulub05.08.2026 - 14:19
Bakı metrosunun daşıma qabiliyyəti 88 milyon sərnişin artırılacaq05.08.2026 - 14:16
Yayda sağlam qalmaq üçün: Qida zəhərlənmələri və viruslardan necə qorunmalı?-Həkimdən açıqlama 05.08.2026 - 13:40
“Bakıda motosiklet sürmə mədəniyyəti çox aşağı səviyyədədir” - Nəqliyyat eksperti Fərhad Əyyubov05.08.2026 - 13:00
“Bəyaz durnalar” – şəhidlərin xatirəsinə həsr olunan yeni kitab05.08.2026 - 11:00
Fotoqrafiyanın 165 illiyi xüsusi poçt markası ilə qeyd olunub05.08.2026 - 10:55
Azərbaycanlı mütəxəssisin musiqi terapiyası İzmirdə təqdim edilib05.08.2026 - 10:50
Dövlət Proqramı AzTU məzunlarına xaricdə magistratura imkanı yaradıb05.08.2026 - 10:45
Polimer Materialları İnstitutunda aparılan yeni tədqiqatın nəticələri təqdim edilib05.08.2026 - 10:40
Riyaziyyat fənni üzrə lider məktəblər açıqlanıb – 9-cu sinif05.08.2026 - 10:35
BMU-da Çinlə birgə yaradılan Mühəndislik fakültəsinə ilk qəbul başlayıb05.08.2026 - 10:30
Məleykə Abbaszadədən abituriyentlərə mühüm müraciət05.08.2026 - 10:25
Koreya İnkişaf İnstitutu təqaüdlü təhsil proqramı elan edib05.08.2026 - 10:20